Azərbaycanca

Rusiyalı ekspert: Rusiya SQ-nin xaricdə istifadə edilməsi barədə qərar Dağlıq Qarabağ ətrafında vəziyyətə təsir etməyəcək

30.09.2015 | 13:40

vladimr_jarixin_260515

Rusiya Silahlı Qüvvələri kontingentinin xaricdə istifadə edilməsinə razılıq verilməsi barədə qərar Dağlıq Qarabağ ətrafında vəziyyətə təsir etməyəcək. Bunu Trend-ə MDB Ölkələri İnstitutunun sədr müavini Vladimir Jarixin deyib.

Onun sözlərinə görə, bu qərar yalnız Suriyadakı vəziyyətlə əlaqərdardır və heç bir halda Cənubi Qafqaza aid deyil.

Ekspert vurğulayıb ki, bu qərarın Qafqaz ərazisinə heç bir təsiri olmayacaq.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Federasiya Şurasına müraciət edərək Silahlı Qüvvələrdən ölkə xaricində istifadə etmək üçün icazə istəyib. Federasiya Şurası Rusiya Prezidentinin istəyini qəbul edib.

Trend.az

30.09.2015 13:40

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*