Azərbaycanca

Rusiyanın Ermənistanı ikinci işğalı necə gerçəkləşdi?

02.10.2013 | 13:40

1380706640_pppp1Ötən yazılarımın birində Ermənistan prezidenti Sarkisyanın Rusiya səfəri və bu səfər zamanı Ermənistanın Avrasiya İttifaqına qoşulmasıyla bağlı geniş məlumat vermişdim. Bir sıra politoloqlar da açıqlamasında Sarkisyanın bu addımının heç də gözlənilməz olmadığını öz analizləri ilə şərh etmişdilər. Bir neçə ay öncə Avrasiya İttifaqının Bişkek toplantısına qatılmayan Səkisyanın Moskva toplantısına qatılaraq belə bir bəyanat verməsi, Ermənistanın müstəqilliyinin son döyüntüləri kimi izah oluna bilər. Artıq, Ermənistan Rusiya tərəfindən öz xoşu ilə ikinci dəfə (bu dəfə bütövlükdə) işğala məruz qalır. Bəs, Rusiya sayəsində işğal olunan və iyirmi ildən yuxarı işğal altında qalan Qarabağ torpaqlarının taleyi necə olacaq? Problemlə bağlı bütün ipləri öz əlində cəmləşdirən Rusiya onun həlli ilə bağlı nə qədər ədalətli ola bilər? Son günlər Ermənistan ətrafında baş verən bir sıra proseslər problem ətrafında ciddi narahatçılığın olduğunu sübut edir. Baxmayaraq ki, Qərb mövcud vəziyyətdən ciddi narahatçılıq keçirir.

Heç təsadüfi deyil ki, BMT Baş Məclisinin 25 sentyabr sessiyasında çıxış edən Gürcüstan prezidenti Mixail Saakaşvili Dağlıq Qarabağ problemindən danışaraq, münaqişədə Rusiyanı günahlandırıb: “Siz elə güman edirsiniz ki, Vladimir Putin Ermənistanın Azərbaycan üzərində qəti qələbəsinə çalışır? Yox! Bəlkə əksinə, Bakının İrəvana üstün gəlməsini istəyir? Yenə yox! Rusiya heç bir tərəfin üstünlüyünü istəmir. Onun məqsədi konflikti saxlamaq və hər iki ölkənin Avropaya inteqrasiyasına əngəl törətməkdir”. Bu sözləri Gürcüstan prezidenti deyib və iyirmi illik problemin tarixinə, ona münasibətdə Rusiyanın mövqeyini təhlil etsək, heç də deyilənlərdə gözlənilməz bir halın olmadığının şahidi olarıq.Rusiyanın Ermənistanı ikinci işğalı necə gerçəkləşdi?

Ermənistan üzərində Rusiyanın ikinci işğalını sübut edən faktlardan biri də Rusiyanın Ermənistandakı hərbi bazasının şəxsi heyətinin sayını artırmaq barədə qərar verməsidir.Ermənistanda nəşr olunan “Aykakan Jamanak” qəzetinin yaydığı məlumata görə, yaxın vaxtlarda Ermənistana öz ailələri ilə birlikdə çoxlu sayda Rusiya hərbçisi gələcək. Onların ümumi sayı 3 minə yaxın olacaq. Hərbçilər Gümrüdə yerləşən 102 saylı Rusiya hərbi bazasında xidmət edəcəklər. Ermənistan Müdafiə Nazirliyinin məsələ ilə bağlı susqunluğu, onun həqiqət olduğunu sübut edir. Başqa bir məlumatda, Gümrüdə rusiyalıların gəlişinə hazırlığın başlaması – şəhərin “vosmoy qorodok” kimi tanınan və əsasən Rusiya hərbçilərinin məskunlaşdığı 8-ci kvartalında yaşayan onlarla erməni ailəsinin başqa yerə köçürülməsi prosesi, dediklərimi bir daha təsdiqləyir. Bəli, sərhədləri Rusiya hərbiçiləri tərəfindən qorunan ölkə üçün bu addım bir o qədər sensasiya hesab olunmasa da, Ermənistanın ağıllı-başlı adamları ölkələrinin hər gün daha sürətlə Rusiyanın bir əyalətinə çevrildiyinin fərqinə varırlar.

 Vəziyyət o həddə çatıb ki, sərhədləri rus hərbiçəri tərəfindən qorunan Ermənistanda deputatların harasa getmələrinə onlar qərar verirlər. Qərar verməsə belə, rus hərbiçiləri erməni rəsmilərinə belə məhdudiyyətlər qoyur. Ötən gün deputat Zarui Postancanyanın başçılıq etdiyi nümayəndə heyətinin Aqarak rayonuna buraxılmaması buna bir nümunədir. Hətta vəziyyət o həddə çatıb ki, Ermənistanın sərhədlərini qoruyan rus əsgərləri “İrs” partiyasının mətbuat katibini döyüblər, onların əlində olan videokameranı müsadirə edərək sındırıblar. Bu barədə Ermənistanın “Tert.am” saytı deputatdan münasibət də alıb: “Rus sərhədçilər bizi Mehri-İrəvan yolunda yerləşən Liçk körpüsündə saxlayaraq yoxlama apardı. Onlar səhər də bizə eyni cür davranaraq sərbəst hərəkət etməyizmə imkan vermədilər. Polisə şikayət etmişik, görək nəticəsi nə olacaq” – deyə Ermənistan parlamentinin üzvü bildirib. Belə faktlar onlarladır və qeyd etdiyim kimi Ermənistanın Rusiya tərəfindən ikinci işğalı özünü açıq şəkildə göstərməyə başlayıb.

Rusiyanın Ermənistanı ikinci işğalı necə gerçəkləşdi?Acınacaqlısı odur ki, özünü bütünlüklə Rusiyanın ixtiyarına vermiş Ermənistan müstəqil dövlət olmamağın yaratdığı reallıqlarla demək olar ki, hər gün qarşılaşır. Əksər erməni rəsmilər utanmadan bu reallığı etiraf etməkdən belə çəkinmirlər. Hətta bu dövlətin rəsmi şəxsləri açıq şəkildə bəyan edirlər ki, Rusiya olmadan yaşaya, təhlükəsizliklərini təmin edə bilməzlər. Ermənistan rəsmilərinin həmin çıxışlarına diqqət yetirdikdə, onların dövlətçilk təfəkkürünün sıfır səviyyəsində olmasının şahidi olarıq. Belə olmasaydı, heç olmasa bu asılılığı açıq şəkildə dilə gətirməz, Rusiya ilə əməkdaşlığın inkişaf etdirilməsini siyasi manevrlərlə pərdələyər, MDB və ya KTMT çərçivəsində ört-basdır edərdilər. Amma erməni siyasilər buna ehtiyac duymayaraq, Rusiyasız yaşaya bilmədiklərini, Rusiyanın vilayətlərindən biri olduqlarını deməkdən utanmırlar. Bu da onun sübutudur ki, qədim Azərbaycan torpaqları olan və bu gün Ermənistan adlı qondarma dövlətin yer aldığı coğrafi ərazinin de-fakto sahibi ermənilər yox, ruslardır. Ona görə də, ruslar Ermənistanda özlərini ağa kimi aparırlar. Bunun nəticəsidir ki, Dağlıq Qarabağ problemi həll olunmur və regionda Rusiya var olduqca həll olunmaq ehtimalı da çox aşağıdır. Çünki Rusiya həmin problemdən Azərbaycana təzyiq vasitəsi kimi yararlanır. Artıq tam aydınlaşdı ki, Ermənistan Avrasiya İttifaqına və Gömrük İttifaqına qoşulmaqla tam olaraq Rusiyanın əyaləti funksiyasını icra edəcək. Azərbaycanın Dağlıq Qarabağ probleminin həlli üçün siyasi oriyentasiya məsələsində ciddi addımlar atmağın zamanı çatıb. Qazaxıstanın Avrasiya İttifaqından imtinası və Türkiyə faktoru ilə türk birliyi inteqrasiyası, həmçinin Avroatlantik məkana inteqrasiyanın sürətlənməsi, Azərbaycana kifayət qədər dividentlər qazandıra bilər ki, müharibəyə başlayacağı təqdirdə, dünya birliyi onun arxasında dayansın.

Seymur Həsənli

 

KarabakhİNFO.com

 

02.10.2013 13:40

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*