Azərbaycanca

Vəli Əlibəyov : Rusiyasız Ermənistan müharibə etməyəcək

03.08.2014 | 01:28

1939831_276075572549117_1567012563_o“KarabakhİNFO.com” beynəlxalq elektron jurnalının baş direktoru, AVCİYA-nın vitse-prezidenti, politoloq Vəli Əlibəyov cəbhədəki vəziyyətlə bağlı şərhində qeyd edir ki, Azərbaycan Respublikası nəinki öz əraziləri çərçivəsində, dövlətimizin maraqlarına təhlükə yaranarsa hətta öz sərhədlərimizdən kənarda belə antiterror əməliyyatları aparmağa hüququ var.

 

Ermənistanın işğalına son qoyulması ilə bağlı aparılan uzunillik danışıqlar prosesinin effektsizliyini vurğulayan V.Əlibəyov bildirib ki, cəbhədəki son uğurlarımız erməniləri danışıq masası arxasında daha “ağıllı” və realist edəcək. “Rusiyanın bu gün Ermənistandan da böyük problemləri var, və ikinci cəbhədə dünya ictimaiyyəti ilə üz-üzə gəlməkdən çəkinəcək. Rusiyasız isə Ermənistan müharibə etməyəcək. Bizim qüvvəmizi və qətiyyətimizi görüb özü torpaqları boşaldacaq”.

 

 

 

 

“KarabakhİNFO.com”

03.08.2014 01:28

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*