Azərbaycanca

Ruslar ermənilərə hücum etdilər

29.01.2015 | 17:16

Ruslar ermenilere hucum etdilerSərxoş rus hərbçiləri erməni ailələrinə hücum ediblər

KarabakhİNFO.com beynəlxalq elektron jurnalının ANS PRESS-ə istinadən məlumatına görə, Suxum rayonun əsasən ermənilər yaşayan Açadara kəndinə zirehli transportyorlar və “UAZ” markalı avtomobillər ilə edilən hücum nəticəsində səkkiz erməni ailəsi zərər çəkib. Ruslar ermənilərin pullarını və qızıl əşyalarını qarət ediblər. Bir evdən naringi dolu maşın gbtürüblər, amma maşın yolda xarab olub və onu Eşera körpüsündən aşağı atıblar.

 

 

Soyğun zamanı rus hərbçiləri bir neçə ermənini döyüblər. Yerli portalların yazdığına görə, 76 yaşlı Lüsya Koçaryan xəstəxanaya yerləşdirilib.

 

 

Hadisə ilə bağlı cinayət işi qaldırılıb. Amma erməni jurnalist Qalust Qriqoryan rus əsgərlərin cəzalandırılacağına inanmır. “Abxaziya polisinin, rəhbərliyinin fikri onların vecinə də deyil. Çünki onlar özlərini xilaskar sayırlar”, – deyə bildirən jurnalist bunun Ermənistandakı vəziyyətlə eyni olduğu vurğulayır.

 

 

Oxşar vəziyyət Ermənistanın Gümrü şəhərində Avetisyanlar ailəsinin 7 üzvünün yanvarın 12-də qətl edilməsi ilə yaranıb. Ermənilər Avetisyanlar ailəsinin qatilinin rus əsgər Valeri Permyakov olduğunu düşünürlər. Ermənilər onun erməni məhkəməsinə verilməsini tələb edirlər. Moskva isə Rusiyanın hazırkı Konstitusiyasına istinadən bildirir ki, Rusiya vətəndaşı mühakimə olunmaq üçün heç bir halda başqa bir ölkəyə təslim edilə bilməz.

 

 

Ermənistan İstintaq Komitəsi də Valeri Permyakova qarşı cinayət işi qaldırıb. Komitə onu Ermənistan Cinayət Məcəlləsinin 104-cü maddəsi ilə istintaqa cəlb etmək istəyir.

 

 

Rusiyanın 5-ci qarnizon məhkəməsi əsgərə qarşı Rusiya Federasiyasının Cinayət Məcəlləsinin iki maddəsi əsasında qətlə və fərariliyə görə cinayət işi qaldırılıb.

 

 

Hadisə Ermənistanda Rusiya hərbi bazasına qarşı ciddi etirazlara səbəb olub. Yüzlərlə insan İrəvandan Gümrüyə axın edərək hərbi bazanın və Rusiya konsulluğunun qarşısında etiraz mitinqi keçirib. Aksiyada etirazçılarla polis arasında qarşıdurma yaşanıb. Aksiyada Rusiya bayrağı ayaqlar altına atılaraq tapdanıb.

 

 

 

 

 

 

“KarabakhİNFO.com”

 

 

29.01.2015 17:16

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*