Azərbaycanca

Səfir: ABŞ-ın Qarabağ münaqişəsinın həlli ilə bağlı mövqeyi dəyişməyib

22.10.2016 | 11:43

trend_robert_cekuta_020715_2

ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək üçün Azərbaycan və Ermənistanla işə sadiq olaraq qalır.

Trend-in məlumatına görə, bunu jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

O bildirib: “Həmkarım səfir Ceyms Uorlikin ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə Azərbaycana səfəri bu məsələnin həllinin axtarışı üçün cari səylərin bir hissəsidir”.

R. Sekuta Azərbaycan-Amerika münasibətlərinin hazırki səviyyəsini müsbət qyimətləndirib. Səfir qeyd edib: “Hələ üzərində işləməli çox məsələ var, amma münasibətlərdə inkişaf artıq hiss olunacaq dərəcədədir”

 

Trend.az

22.10.2016 11:43

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*