Azərbaycanca

Səfir: Böyük Britaniya Dağlıq Qarabağın qondarma rejimini tanımır

02.06.2015 | 18:21

trend_irfan_sidding_020615

“Böyük Britaniya Dağlıq Qarabağın qondarma rejimini tanımır və rəsmi səviyyədə onunla təmasları yoxdur”.

Trend xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq Ermənistanın işğal etdiyi Dağlıq Qarabağdakı separatçı rejimin rəhbəri Bako Saakyanın Britaniyaya səfər etmək niyyəti barədə məlumatı şərh edərkən deyib.

O bildirib: “Hər hansı bir vətəndaşın etibarlı pasportu varsa, onun ölkəyə girişini qadağan etmək hüququmuz yoxdur”.

İ.Siddiq əlavə edib ki, əgər belə səfər baş tutarsa, separatçı rejimin nümayəndələri ilə dövlət səviyyəsində heç bir görüş keçirilməyəcək.

Trend.az

02.06.2015 18:21

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*