Azərbaycanca

Səfir: İsrail Azәrbaycanın әrazi bötövlüyünü dәstәklәyir

03.04.2015 | 08:20
b7ea0c8276c7e0364f8c73b974c7ad36
“İsrailin Dağlıq Qarabağ münaqişәsi ilә bağlı çox aydın mövqeyi var”.

 

APA-nın mәlumatına görә, bu sözlәri İsrailin Azәrbaycandakı sәfiri Rafael Harpaz Dağlıq Qarabağda keçirilәn qondarma “parlament seçkilәri” ilә bağlı suala cavabında deyib.

 

O, ölkәsinin münaqişәnin sülh yolu ilә hәllinә tәrәfdar olduğunu bәyan edib:  “Biz Orta Şәrqdәki tәcrübәlәrimizә әsaslanırıq. Biz münaqişәnin sülh yolu ilә hәll olunmasını istәyir vә buna ümid  edirik. Hesab edirik ki, bu әn yaxşı üsuldur. Biz ATӘT-in Minsk qrupunun sülhә nail olmaq istiqamәtindәki sәylәrini dәstәklәyirik.  İsrail Azәrbaycanın әrazi bötövlüyünü dәstәklәyir. Xarici işlәr naziri Aviqdor Liberman da burada olarkәn bunu tәsdiq edib”.

03.04.2015 08:20

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*