Azərbaycanca

Səfir Pakistan dövlət televiziyasında Qarabağdan danışdı

22.09.2014 | 14:50

sefir sikarovAzərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov bu ölkənin mərkəzi dövlət televiziya (PTV) kanalına müsahibə verib.

 

 

 

Müsahibə zamanı səfir ikitərəfli Pakistan-Azərbaycan münasibətlərin siyasi, diplomatik, hərbi və hərbi sənayesi, iqtisadi və ticarət, humanitar, mədəni əlaqələrinə dair sualları cavablandırıb.

 

 

Bu əlaqələrin inkişafı istiqamətində cari il və 2015-ci il ərzində görüləcək işlər, nəzərdə tutulan ikitərəfli rəsmi səfərlər haqqında məlumat verib.

 

 

Səfir xüsusi olaraq Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsi mövzusunda dayanaraq, bu münaqışənin tarixi məqamları, işğalın nəticələri, qaçqınların və məcburi köçkünlərin üzləşdiyi problemlər və dövlətin bu problemlərin həlli istiqamətində atdığı addımlar, Xocalı soyqırımı, beynəlxalq vasitəçilərin iştirakı ilə aparılan danışıqlar barədə ətraflı danışıb.

 

 

Azərbaycanlı diplomat Pakistanın bu məsələdə tutduğu mövqeyə görə ölkə rəhbərliyinə öz dərin minnətdarlığını bildirib.

 

 

Eyni zamanda səfir D.Şikarov 20 Yanvar hadisələri, Azərbaycanın tarixi, adət-ənənələri, musiqisi, ədəbiyyatı barəsində bilgilər verib.

 

 

musahibe pakistan televiziyasiMüsahibə zamanı, diplomat Azərbaycanın son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə siyasi, iqtisadi və sosial sahələrində əldə etdiyi uğurlar barədə geniş məlumat verib.

 

 

Səfir Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın başçılıq etdiyi Heydər Əliyev Fondunun Pakistanda fəaliyyətinə dair sualı cavablandırarkən onu da bildirib ki, Fond tərəfindən Pakistanın sel daşqınlarından zərər çəkmiş insanlara humanitar yardım ediləcək.

 

 

Sonda D.Şikarov Pakistan xalqını qarşıda gələn Qurban Bayramı münasibəti ilə təbrik edib, ən xoş arzularını çatdırıb.

 

 

 

“KarabakhİNFO.com”

 

 

22.09.2014 14:50

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*