Azərbaycanca

Səfirlik: Britaniya qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımır

01.07.2015 | 15:36

britain_flag_03042015

Böyük Britaniya qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımır və ölkə hökumətinin onun nümayəndələri ilə heç bir əlaqəsi yoxdur.

Trend xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Bakıdakı səfirliyinin yaydığı məlumatda deyilir.

Səfirlik məlumatı separatçı rejimin rəhbəri Bako Saakyanın Britaniyaya mümkün səfəri ilə əlaqədar yayıb.

Britaniya səfirliyinin “Facebook” səhifəsində yerləşdirilən məlumatda deyilir: “B.Saakyanın Böyük Britaniyaya səfəri şəxsi xarakter daşıyır və hökumətin bu səfərlə heç bir əlaqəsi yoxdur. “Chatham House” müstəqil institutdur və öz tədbirinə istədiyi şəxsi dəvət etmək hüququ var. Qeyri-hökumət təşkilatlarının fəaliyyət azadlığı hüququnu nəzərə alaraq, hökumət bu institutun qərarına təsir edə bilməz və etməməlidir”.

Trend.az

01.07.2015 15:36

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*