Azərbaycanca

Şəhid əsgərlərimiz dəfn edildi

01.08.2014 | 11:44

1406890753_6Ötən gün cəbhənin Ağdam rayonunun Çıraqlı kəndi istiqamətində düşmən snayperindən açılan atəş nəticəsində şəhid olan hərbçi Əhmədov Qaryağdı Eldar oğlu dəfn edilib.

APA-nın Qarabağ bürosunun məlumatına görə, Qaryağdı Əhmədov Quzanlı kənd qəbiristanlığında torpağa tapşırılıb.

 

Müddətdən artıq xidmət edən 1992-ci il təvəllüdlü Q.Əhmədov Ağdam rayonunun işğal olunmuş Saybalı kəndində anadan olub.

 

 

1977-ci il təvəllüdlü Almazov İsə Ziyad oğlu doğulduğu Cəfərli kəndində torpağa tapşırılıb. Dəfn mərasimində rayonun İcra Hakimiyyətin başçısı və aparatın nümayəndələri, hüquq-mühafizə orqanların işçiləri və ictimaiyyət nümayəndələri iştirak edib. Həmçinin şəhidin xidmət etdiyi hərbi hissinin təmsilçiləri dəfn mərasiminə qatılıblar. Məlumata görə İsə Almazovun 4 övladı var.

 

 

“KarabakhİNFO.com”

01.08.2014 11:44

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*