Azərbaycanca

Şəhid İsmayılov Seyfəddin Gülağa oğlu

04.12.2014 | 16:05

701-MABRİsmayılov Seyfəddin Gülağa oğlu 1973-cü ilin Yanvar ayının 20-də Yardımlı rayonunun Yardımlı qəsəbəsində anadan olmuşdur. 1980-cı ildə Yardımlı rayonu M.F.Axundov adına 1 saylı orta məktəbinə daxil olmuş və həmin məktəbi 1990-cı ilin may ayında bitirmişdir. 1991-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılmış və Ukrayna SSR-nin Desna şəhərində yerləşən 0665 Tank diviziyasında xidmət keçmişdir. 1991-ci ilin dekabr ayında MDB dövlətlərində xidmət keçmiş əsgərlərin geri qayıdırlar, 1992-ci ilin yanvar ayında Azərbaycan Milli Ordu sıralarına yenidən çağrılırlar. Müvafiq olaraq 820 saylı polk (Lənkəran batalyonu), N hərbi hissələrdə Laçın, Qubadlı, Ağdərə, Xocavənd, Füzuli rayonlarında döyüşlərdə iştirak edir. N saylı hərbi hissənin tərkibində 1993-cü ilin avqust ayında Xocavənddə ayağından yüngül yaralanarq hərbi qospitala düşür 1993-cü ilin noyabrında sağalaraq yenidən hərbi xidmətə yollanır bu zaman o 701-ci briqadaya göndərilir və burda o 4-cü taborda xidmət etməyə başlayır. 2-ci Kəlbəcər əməliyyatının iştirakçısı olan Seyfəddin Gülağa oğlu İsmayılov Qızılqaya, Təkəqaya, Susuzluq, 10261975_594617370671341_4876567819851649738_nBozlu, Bağırlıdağ, Lev, Çəpli, Yanşaq və Qamışlı kəndlərinin alınmasında iştirak edir. 7 Fevral 1994-cü ildə Kəlbəcərin Güneypəyə kəndində düşmənin atdığı munemyotun qəlpələrindən şəhid olmuşdur. 10 fevral 1994-cü ildə Yardımlı rayonuna gətirilərək Yardımlı rayon qəbristanlığında dəfn edilir. Şəhid Seyfəddin İsmayılovun adı əbədiləşdirilmişdir. Yardımlı rayonunda küçə və istirahət parkı onun adını daşıyır.

 

 

“KarabakhİNFO.com”

 

 

04.12.2014 16:05

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*