Azərbaycanca

Sənətçilər 20 Yanvar hadisələrini necə xatırlayır…

18.01.2014 | 16:25

1389691331_6a0d5be2d5b6Azərbaycan xalqının qürur mənbəyinə çevrilmiş 20 Yanvar hadisələrindən 24 il ötür. Hadisənin başvermə səbəbləri ilə bağlı zaman-zaman müxtəlif fikirlərə, rəylərə rast gəlinsə də, bütün əks mövqelər bir nöqtədə kəsişir. Bu tarixi gündə Azərbaycan xalqı əsrlər boyu qəlbində yaşatdığı milli azadlıq və istiqlal istəyindən geri çəkilməyəcəyini, bu müqəddəs amal uğrunda hətta canından belə keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi.  

 

1990-cı il yanvarın 19-dan 20-nə keçən Bakıda baş verən qanlı olayın şahidi olan sənətçilər həmin günü necə xatırlamalarını “KarabakhİNFO.com” beynəlxalq e – jurnalına danışdılar.  

 

 

1390048430_0Flora Kərimova: “Müstəqilliyimiz uğrunda canından keçən şəhidlərimiz qarşısında başı aşağıyıq”   Azərbaycanın xalq artisti, tanınmış müğənni Flora Kərimova bizimlə söhbətində bildirdi ki, o 1990-cı il 20 Yanvar tarixində baş verən hadisəni heç vaxt unutmayacaq. O gün Azərbaycan övladları qəhrəmanlıq nümayiş etdirdi: “Hesab edirəm ki, bu gün biz müstəqilliyimiz uğrunda  canından keçən şəhidlərimiz qarşısında başı aşağıyıq. Onlar bizim sərbəstliyimiz üçün əli silahsız döyüş meydanına atıldılar. Amma biz hələ də onların qisasını almamışıq”.    F.Kərimovanın fikrincə, 20 Yanvar Azərbaycan xalqının qanlı, şanlı tarixidir: “Bu tarix millətimizin qürur, şərəf səlnaməsidir. Azərbaycanın müqəddəs yaddaş nöqtəsidir 20 Yanvar…  Şəhidlik zirvəsidir”.  

 

 

1390048488_nusaba-eles-miaNüşabə Ələsgərli: “O gecə nə baş verdiyini heç vaxt unuda bilmərəm”   Əməkdar artist, tanınmış müğənni Nüşabə Ələsgərli “KarabakhİNFO.com” beynəlxalq e – jurnalına açıqlamasında bildirdi ki, O, 20 Yanvar gününü yaxşı  xatırlayır:  “O gecə nə baş verdiyini heç vaxt unuda bilmərəm . Yanvarın 18-dən etibarən Bakı şəhərində vəziyyət gərgin idi. Hər kəs narahat idi və təlaş içində  nə baş verdiyini maraqlanırdılar. Evdə oturmuşduq, hərə bir söz deyirdi. Nə baş verdiyini tam anlaya bilmirdik. Nəhayət, yanvarın 19-dan 20-nə keçən gecə qorxunc hadisə baş verdi. Yaxşı xatırlayıram televiziya və  radio susurdu. Sonra  isə Ali Sovetin sədri Elmira Qafarova radio ilə çıxış etdi.  Elmira Qafarovanın çıxışına qulaq asa-asa mən böyük bacımla ağladım. Televiziya kanallarında rus imperiyası XI Qızıl Ordusunun əsgərlərinin paytaxtı necə güllə yağışına tutduğunu qısa şəkildə göstərirdilər”.   N.Ələsgərli 1990-cı il 20 Yanvar hadisəsi zamanı şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləyir. Onları Azərbaycanın müstəqilliyi üçün ilk canından keçən qəhrəmanlar adlandırdı. Çünki 20 Yanvar şəhidləri ilk olaraq ədalətsizliyə, asılılığa etiraz etmişdilər. Allah rəhmər eləsin!  

 

 

1390048553_798287_430094367090781_232647172_oAybəniz Haşımova: “Eyvanımın divarına neçə güllə dəydi”   Əməkdar artist Aybəniz Haşımova 1990-cı il 19-dan 20-nə keçən gecə başına gələn hadisəni bizimlə bölüşdü: “1990-ci il idi. “Vətən” cəmiyyətinin xətti ilə Türkiyə səfərinə hazırlaşırdım. O gün də məşqdən qayıdırdım. “XI Qızıl ordu” deyilən yerdə qohumumgildə qalırdım. Yolda minlərlə insanın toplaşdığını görəndə bərk narahat oldum. “Bu nədir?” sualını verəndə, “hər kəs bir azdan rus tanklarını şəhərə buraxmamaq üçün buraya toplaşır” – dedilər. Silahsız insan rus ordusunun qarşısını necə kəsə biləcəkdi axı?! Birdən elə bir ürəyimə xəncər soxdular. Sanki, baş verəcək faciəni hiss edirdim. Evdə otura bilmirdim. Narahatlığımdan elə hey eyvanda olurdum! Birdən qışqırtı eşitdim. Elə bir qışqırtı ki, ömrümün sonuna qədər unutmaram. Birdən eyvandan  baxanda gördüm ki, tanklar binaları hədəfə götürüb və mənzillərə atəş açır . Mən duran eyvanın divarına neçə güllə dəydi. Xoşbəxtlik nəticəsində mənə güllə dəymədi. Onların  məqsədi o gecə hamını qırmaq idi, qırdılar da. Sonra da özlərini elə apardılar ki, elə bil, heç nə olmayıb”. A.Haşımova 20 Yanvar hadisəsi zamanı şəhid olanların qanının yerdə qalmayacığına ümid etdiyini dilə gətirdi.

 

 

1390048682_naibeNaibə Allahverdiyeva: “20 Yanvar hadisəsinin canlı şahidi olmuşam”   Əməkdar artist, tanınmış aktrisa Naibə Allahverdiyeva “KarabakhİNFO.com” beynəlxalq e-jurnalına açıqlamasında bildirdi ki, O da 20 Yanvar hadisəsinin canlı şahidi olub: “Həmin gün 3 mikrarayon bazarı deyilən ərazidə yaşayan rəfiqəmgilə qonaq getmişdim. Küçələrdə insanların nə səbəbdən toplaşdığını soruşanda öyrəndim ki, millətimiz rus şovinistlərinə qarşı toplaşıb etiraz edirlər. Mən də öz işimi gücümü atıb küçədə toplaşan insanlara qoşuldum. Yaxşı yadımdadır, hava qaralmışdı. Mən telefon butkasının yanında dayanıb ətrafda baş verən hadisənin nə olduğunu tam dərk edə bilmirdim. Bir də gördüm ki, qarşıdan tank gəlir və cavan bir oğlan məni telefon butkasının içinə yıxdı ki, tankdan açılan atəşlər mənə dəyməsin. Təxminən 20-25 dəqiqə sonra dikəlməyə başladım və gördüm ki, mənim həyatımı qurtaran oğlanın cansız bədəni qan içindədir. Bu hadisəni heç zaman unutmayacam”.   N.Allahverdiyeva hesab edir ki, həmin gün xalqımız sona qədər mücadilə etdi.

 

 

Günel Cəlil

 “KarabakhİNFO.com” 

18.01.2014 16:25

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*