Ermənistanda prezitent seçiklərinə çox az qalıb. Amma prezidentliyə nazmizədlərin seçki öncəsi kampaniyasında qanlarının axıdılması ilə müşahidə olunur. Ötən həftə 8 prezidentliyə namizəddən bir olan Paruyur Ayrikyana qarşı sui-qəsdin olunması Ermənistanda kriminogen durumun hansı vəziyyətə olduğunu bir daha göstərdi.
Buna görə Ermənistanda perzident seçkilərinin vaxtı dəyişdirilə bilər. Çünki, Ermənistan konstitusiyasına görə, prezidentliyə namizədlə bağlı hər hansı xoşagəlməz situasiya yaranarsa seçkilər iki həftə müddətinə təxirə salınır. Bu vaxta qədər maneə aradan qaldırılmasa, yeni seçkilər təyin edilir, səsvermə isə iki həftəlik müddət tamam olandan 40 gün sonra keçirilir. Lakin hələ ki, P.Ayrikyan seçkilərin başqa vaxta keçirilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət etməyəcəyini bəyan edib.
Ümumiyyətlə, Ermənistanda namizədlərin seçkiqabağı mübarizəsi qeyri-adi aparılır. Məsələn, namizədlərdən ən gənci, iqtisadçı və biznesmen Andrias Qukasyan, Serj Sarkisiyanın namizədliyinin ləğv edilməsi tələbi ilə, aclıq elan edib. Elə P.Hayrikyan da Qukasyanın aclığına qatılıb bir sutka “quru” aclıq keçirmişdi. Digər namizəd Arman Melikyan seçicilər siyahısı “nizama salınmayınca” seçki kampaniyasını aparmaqdan imtina etdiyini bəyan edib. Üçüncü namizəd Aram Harutunyansa bəyan edib ki, səsvermə gününə 10 gün qalmış namizədliyini götürüb, özü də aclıq elan edəcək. Əhali isə nümayişlər keçirərək Ermənistanda seçkiləri saxtalaşdıranları dəstəkləməməyi tələb edirlər. Onlar bəyan edirlər ki, bir nömrəli saxtakar Ermənistanın Mərkəzi Seçki Komissiyasıdır (MSK).
Eyni zamanda erməni xalqı bundan öncəki prezident seçkilərindəki kimi Sərkisyanın qırğını təkrarlamasından narahatdır. O zaman hökumət qüvvələri ilə narazı elektorat arasında qanlı qarşıdurmalar olmuşdu. Dinc nümayişçilərə atəş açmaq əmrinin verilməsi nəticəsində 10 nəfər ölmüşdü, 200 nəfər isə yaralanmışdı. Bütövlükdə dramatik hadisələr Ermənistanın tarixinə 1 mart qətliamı kimi düşüb. Bu cinayətlər görə dünən Ermənistanın “Vətəndaş təşəbbüsləri” ictimai təşkilatının nümayəndələri S.Sərkisyanın siyasətini pisləyən bəyanat yayıblar. Bu barədə “Armenia Today” məlumat verib. Bəyanatda deyilir ki, Sərkisyan 2008-ci il martın 1-də törədilən cinayətlərə, kütləvi miqrasiyaya, ordudakı qətllərə görə məsuliyyət daşıyır: “Qoy belə hakimiyyətin və onun namizədinin mənəvi siması barədə ictimaiyyət mühakimə yürütsün. İlk uyğun hal qarşıdakı seçkilərdir”. Bəyanatda bildirilir ki, bir qrup Ermənistan vətəndaşının dürüst mübarizəsini mənimsəmək və qaralamaq, onu öz adına yazmaq əxlaqsızlıqdan başqa bir şey deyil: “Bir dəfəlik təsdiqləmək və həmişəlik etiraf etmək lazımdır ki, bu qələbələr yalnız və yalnız Ermənistan Respublikasının qanundan kənara çıxmayan və vicdanlı vətəndaşlarına aiddir. Həmin vətəndaşlara ki, onlar bir neçə ay boyunca aparılan mübarizə nəticəsində qanunları pozan məmurları öz qanunsuz qərarlarını dəyişdirməyə və təkrar gözdən keçirməyə, ictimaiyyətin maraqlarına əsaslanan qərardır”.
Ekspertlər P.Ayrikyana qarşı sui-qəsdin səbəbləri və seçkidən sonrakı vəziyyətlə bağlı fərqli proqnozlar nümayiş etdirirlər. Amma əksər politoloqlar Ermənistanda seçkilərin saxtalaşdırılmasına şübhə etmirlər. Belə ki, politoloq Zərdüş Əlizadə “KarabakhİNFO.com”a bildirdi ki, P.Ayrikyana sui-qəsd heç də Sərkisiyana lazım deyildi: “Sərkisiyan azı 70 faiz özünə səs təmin edib. Prosesə müdaxilə etmək istəyən daxili erməni qüvvələri var”.
Politoloq bu sui-qəsddə Qərb və ya Rusiyanın əlinin olmadığını deyir: “Cənubi Qafqaz Qərbin heç vecinə deyil. Qərbin min dənə vacib probemləri var; iqtisadi böhran, Afrikadakı münaqişələr, İran, Fələstin problemləri, Çin və Rusiya ilə münasibətlər və s. Bunların müqabilində Cənubi Qafqaz Qərb üçün 100-cü məsələdir. Rusiya üçünsə Cənub Qafqaz 15-ci məsələdir. Yəni Rusiya münaqişələri yaradıb, oyuncaq liderləri əyləşdirib”.
Onun fikrincə, Sərkisiyan onsuz da yenə də prezident olacaq: “Onun prezident olması cibindədir. Sərkisiyana qarşı hansısa bir gözlənilməz sui-qəsd olmasa, qətl hadisəsi olmasa hesab edin ki, o artıq seçilib”.
Z.Əlizadə bu dəfə güclü namizəd yoxdur deyə, hər hansı qırğınların gözlənilmədiyini düşünür. Həmsöhbətimiz Ermənistan müxalifətin də pərakəndə və zəif olduğunu vurğuladı. “7 nəfər digər namizədin üst-üstə səsləri heç 15-20 faiz etmir”, deyə o əlavə etdi.
Siyasi şərhçi Elman Nəsirli sui-qəsdin kimin törətməsi ilə bağlı dəqiq versiyanın məlum olmadığını bildirdi: “Amma ilkin proqnozlar söyləmək mümkündür. İlk növbədə bu cinayəti S.Səkisiyan və onun ətrafının törətməsi kifayət qədər böyükdür. Çünki nəzərə alsaq ki, Ermənistanda faktiki olaraq 15 ildir, hərbi xunta hakimiyyətdədir. Ölkə hərbi metodlarla idarə olunur. Eyni zamanda Sərkisiyan hələ 1992-ci ildə Xocalıda soyqırımı həyata keçirən şəxsdir. O özü də bunu etiraf edib. Artıq beynəlxaq cinayətkar hesab edilən S.Sərkisiyanın belə bir cinayəti də təşkil etməsi ehtimalı kifayət qədər böyükdür. Çünki 2008-ci ildə onun total saxtakarlıq yolu ilə hakimyyətə gəlməsinə etiraz edənləri güllə-boran etdi”.
E.Nəsirliyə görə, bu dəfəki prezident seçkiləri Sərkisiyan üçün çox rahat və asan seçkilər sayıla bilər: “Çünki Levon ter-Petrosyan, Köçəryan və Qagik Tsarukyan seçkidə iştirakdan imtina etdilər. Üç ən güclü rəqibin iştirak etmədyi seçkilərdə Səkisiyanın qalib gəlmək şansı daha çoxdur. Belə bir sui-qəsd seçki kampaniyasına kölgə saldığından Sərkisiyan bunda maraqlı olmamalıdır. Məncə, burada üçüncü versiya daha çox ön plana kerçir. Hərçənd, güman etmək olmaz ki, qeyd etdiyim üç nəfər bu seçkilərdən imtina etməklə hər şeylə barışıb və Sərkisiyana rahat seçilməsinə yaşıl işıq yandırıblar. Hesab edirəm ki, belə düşünmək sadəlövhlük olardı. Yüz minlərlə insanı küçələrə qaldıran insan seçkidən imtina etməyə məcbur qalırsa, o, məcburiyyət altında bunu edib. Levon-ter Petrosiyan və digərləri hesab edirlər ki, seçkilər total saxtakarlıq yolu ilə qalib gələcək. Bir çox hallarda deyirlər ki, onu himayə edən tərəfin, təyin etdiyi adam olacaq. Belə olan təqdirdə Sərkisiyanın seçkilərdə asan qalib gəlməsini istəməyən qüvvələr maraqlı ola bilər ki, bu hadisə baş versin”.
Politoloqun fikrincə, seçkilərdə total saxtakarlığın olacağı məlumdur: “Yanvarın 28-də P.Ayrikyan, Köçəryan və Tsarukyan birgə bəyanat imzalmışdılar. Bəynatda göstərilirdi ki, hakim rejim bu seçkilərdə dövlət qulluqçularına təzyiq edilməsinə yol verməməlidir. Həmçinin hüquq-mühafizə orqanları seçkilərə müdaxilə etməməlidir. Seçkidə iştirak etməsi mümkün olmayan insanların siyahısı dərc edilməlidir. Yanvar 31-də P.Ayrikyan bu bəyanatını bir daha təsdiqləmişdir. Elə həmin gün də ona qarşı bu hadisə baş verdi”.
Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğluya görə isə Ermənistanda seçkilər zamanı sui-qəsdlərin olması o qədər də təəccüb doğurmur: “Nə Qərbdə, nə də Rusiyda bu hadisə elə bir ciddi rezonans yaratmadı. Ermənistanda hətta kənd seçkilərində də adam ölür. Müstəqil Ermənistanda ölümsüz bir dəfə də seçki olmayıb. Ermənistan kimi kriminallaşmış cəmiyyətdə hər şeyi kriminallar idarə edir. Siyasi tərəfinə gəldikdə isə, bu sui-qəsd birbaşa Rusiya ilə bağlıdır. Son vaxtlar Sərkisiyandan tələb ediblər ki, Gömrük İttifaqına girməklə bağlı sənədləri hazıralayıb imzalasın. Çünki Rusiya Sərkisiyanı seçkiyə buraxanda Levon ter-Petrosyanın qarşısını aldı. İndi Rusiya öz vədini yerinə yetirib. Amma Sərkisiyan Gömrük İttifaqına girmir. Ermənistan da istəyir ki, diqqəti ayrı məsələyə yönəltsin. Ona görə də, bu sui-qəsdi də Sərkisiyan özü təşkil etdi və başladı Rusiyanı şərləməyə” .
M.Əhmədoğlu bildirdi ki, bu sui-qəsd Rusiya tərəfdən də ola bilər: “Sui-qəsd olan günü simvol hesab edirəm. Çünki Sərkisiyan Rusiyaya söz vermişdi ki, yanvar ayı ərzində Gömrük İttifaqına üzv olacaq. Yanvarın axırıncı günü də P. Ayrikyana güllə atılar”.
O, Ermənistanda yeni qırğınların törədiləcəyni istisna etmir: “Sərkisiyan əgər Rusiya ilə düzəlişməsə Ermənistanın daxilində qırğın olacaq. Rusiyanın Ermənsitandakı hərbi bazası daimi hücuma hazır vəziyyətədir”.
Onun sözlərinə görə, Ermənistanda seçkilərdə saxtakarlığın olması ənənə halına keçib: “Düzdü, bu seçkilərdə Sərkisiyanın əl-ayağına dolaşan yoxdur. Amma Ermənsitan cəmiyyətinin özünün saxtakarlıq vərdişi, ənənələri var. Yəqin ki, o ənənələrini davam etdirəcəklər. Artıq saxtakarlıq indidən var. Yəni hakimiyyət resursları iştirak edir orada”.
Fuad Hüseynzadə
KarabakhİNFO.com