Azərbaycanca

“Sərkisyan Kreml qarşısında o qədər alçalıb ki…”

05.06.2014 | 11:14

1401948789_default“Ermənistan rəhbərliyi ölkəni vicdansızcasına alver predmetinə çevirib”. Bu fikirləri erməni ekspert Razmik Akopcanyan erməni mətbuatına açıqlamasında bildirib. Onun fikrincə, İrəvan hakimiyyəti Kremlə qəpiyə satıldığından onların istənilən alçaldıcı hərəkətlərinə dözməlidirlər: “Sarkisyan indi gəlib İrəvanda heç bir alçalmanın olmadığını iddia edir. O, Kreml qarşısında o qədər alçalıb ki, beyni daha belə şeyləri adi qəbul edir”. R.Akopcanyanın sözlərinə görə, Ermənistanın Gömrük İttifaqına daxil olması Sarkisyan üçün heç bir problem yaratmır: “Amma Ermənistan üçün xeyli problemlər var.

Bu təşkilata üzv olmağın ölkə üçün heç bir iqtisadi xeyri olmayacaq. Əksinə ölkənin ciddi maliyyə və imic itkisi olacaq. Bizə bir daha başa saldılar ki, Qarabağın müstəqil dövlət kimi tanınması yaxın və uzaq perspektivdə mümkün deyil. Heç Ermənistanın özü Qarabağı tanımayıb.

 

Ermənistanla Qarabağ arasında sərhəd qoyulmasının formallıq olduğu deyilir. Bu, formallıq deyil, Ermənistan üçün biabırçılıqdır. Ölkədə hakimiyyətin olmasının, ölkəni 30 gümüşə yox, 300 milyon dollara satmasının biabırçılığı. Artıq top birdəfəlik Rusiyanın hücum silahları ilə gücləndirdiyi Bakının meydançasındadır. Bunun sonu Ermənistan üçün faciəli olacaq”.

 

 

Fuad Hüseynzadə

“KarabakhİNFO.com” 

05.06.2014 11:14

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*