Milli Məclisin deputatı
Fəlsəfə doktoru
Ermənilər insanlıq əleyhinə istənilən addımı ata biləcəklərinin işarəsini bilavasitə Xocalı qətliamında vermişlər. Sərsəng su anbarı da ciddi təhlükə mənbəyi olaraq qalmaqdadır. Sadəcə erməniləri bu addımdan çəkindirən baş verəcək fəlakət zamanı özlərinin də məskunlaşdığı bəzi ərazilərin su altında qalma risqidir. Bütün hallarda bu təhlükə barədə dünya ictimaiyyətinin xəbərdar edilməsi vacibdir və bu yöndə aparılan çalışmalarda millət vəkili Elxan Süleymanovun fədakar addımlarını dəstəkləmək hamımızın borcudur. Sərsəng su anbarı bir ekoloji fəlakət zonası elan edilməli və burada baş verə biləcək hər hansı antihumanist addımlara görə Ermənistanın məsuliyyət daşıdığı beynəlxalq sənədlərdə vurğulanmalıdır. Bizlər bütün çalışmalarımızı bu istiqamətdə bir nəticə əldə etməyə yönəltməliyik.
“KarabakhİNFO.com”