Azərbaycanca

Sərsəng təhlükəsi

10.09.2013 | 17:42

1378820380_kkkkkkkkAzərbaycan  erməni  işğalçı  qüvvələrinin  cinayətkar  əməllərinə  görə  ekoloji  fəlakət  təhlükəsi  qarşısındadır.  Bunlar  sadəcə  söz  deyil,  Azərbaycanda  Vətəndaş  Cəmiyyətinin  İnkişafına  Yardım  Assosiasiyasının  prezidenti,  deputat  Elxan  Süleymanovun  təkzibedilməz  sübutlarla  təsdiq  olunmuş  AŞPA  Bürosuna  Sərsəng  su  anbarının  erməni  işğalından  azad  edilməsi  barədə  sonuncu  müraciətidir.

    Sərsəng  su  anbarı  1992-ci  ildən  erməni  silahlı  qüvvələrinin  nəzarəti  zonasında  yerləşdiyindən,  cəbhəyanı  rayonlar  onun  suyundan  istifadə  etməkdən  məhrum  olmuşlar.  Müraciətdə  deyilir  ki  işğalçı  ölkə  qış  aylarında  Sərsəng  su  anbarının  suyunu  axıtması  nəticəsində  torpağı  su  basır,  yollar  dağılır,  yayda  isə  əhali  və  kənd  təsərrüfatı  suya  ehtiyacı  olan  zaman  onun  qarşısını  kəsir.

 

Müraciətə  əsasən,  assosiasiyanın  məqsədi  Azərbaycan  və  dünya  ictimaiyyyətini  Sərsəng  su  anbarının  hazırki  vəziyyəti,   humanitar  fəlakətin  mümkünlüyü,  ekoloji  və  bioloji  böhran,  həmçinin  beynəlxalq  təşkilatların  müvafiq  sənədlərin  qəbul  edilməsi,  qəzanın  və  ekoloji  böhranın  aradan  qaldırılmasına  dair  tədbirlər  paketinin  qəbul  olunması  barədə  məlumatlandırmaqdır.

 

Bu  böyük  problemin  detallarını  ətraflı  aydınlaşdırmaq  üçün  NewPostBaku  redaksiyası  Azərbaycanda  Vətəndaş  Cəmiyyətinin  İnkişafına  Yardım  Assosiasiyasının  vitse-prezidenti  Vəli  Əlibəyova  müraciət  etmişdir.

 

–  Erməni  işğalçı  qüvvələrinin  əməlləri  nəticəsində  geniş  miqyaslı  ekoloji  falakətin  baş  verməsi  nə  qədər  gerçəkdir?   

 

–  Mən  çox  zaman  deyirəm,  ki  sualın  belə  quruşu  düz  deyil.  Nə  qədər  gerçəkdir?  O  artıq  başlanmışdır.  Bunun  kimi  ekoloji  fəlakətlər  bir  saat  ərzində  əmələ  gəlmir.  Bu  zəlzələ  və  ya  sunamı  deyil ki…  Çoxları,  əfsus  ki,  fəlakətin  miqyasının  nəticələrini  dərk  etmir.

 

–  Nə  kimi  nəticələr  baş  verə  bilər?

 

 –  Əgər  dəhşətli  statiskaya  baş  vursaq,  bizim  hesablamalarımıza  görə  su  anbarının  daşması  nəticəsində  cəbhənin  o  və  bu tərəfində  yüz minlərlə  insan  məhv  ola  bilər.  Daha  dəqiq  desək  –  400 000  yaxın  insan.  Əsasən,  Azərbaycanın  cəbhə  xəttində  yaşayan  vətəndaşları  zərər  çəkəcəklər.

 

–  Amma  qəsbkarlar,  torpaqlarımıza  müvəqqəti  gəlsələr  belə  bunu  anlamırlar?

 

–  Onlar  sözün  əsil  mənasında  “Bizdən  sonra  nə  olursa  olsun!”  prinsipinə  əsaslanırlar.

 

–  Avropa  Şurası  Sizin  müraciətə  düzgün  reaksiya  verəcəyinə  ümidiniz  var?

 

–  Mən  belə  deyərdim,  Avropa  Şurasında,  bir  çox  beynəlxalq  təşkilatlarda  ekoloji  problemlərə  fərqli  yanaşma  var.  Biz  bilirik  ki,  münaqişənin  tənzimlənməsi  ilə ATƏT-in  Minsk  qrupu  məşquldur,  onların  fəaliyyətinin  nəticələri  ilə  tanışıq.  Lakin  süni  su  anbarları  ilə  bacarıqsız,  cinayətkar  davranışın  ekoloji  və  humanitar  fəlakətə  gətirib  çıxara  bilməsi  özlərini  planetin  ekoloji  təmizliyi  mübarizi  kimi  təqdim  edən  dünya  təşkilatlarını  hərəkətə  gətirir.

 

–  Bu  özünü  necə  ifadə  edir,  konkret  cavab  olar?  

 

–  Ən  azı  ona  görə  ki,  üç  mindən  artıq  KİV,  internet  və  ixtisaslaşdırılmış  nəşrlər  daxil  olmaqla  Sərsəng  su  anbarı  ətrafındakı  situasiya  barədə  məlumat  dərc  etmişlər.  Onlar  təbiətin  landşaftını  dəyişə  biləcək  qlobal  fəlakətin  mümkünlüyündən  məlumat  veriblər.  Mən  hələ  insan  tələfatından  bir  söz  demirəm.

 

–  Su  anbarının  daşqını  nəticəsində  hansı  rayonlar  ziyan  çəkə  bilər?

 

–  Hər  seydən  əvvəl,  ölkənin  işğal  olunmuş  əraziləri  daxil  olmaqla  şimal  və  mərkəzi  rayonları.  Konkret  desək,  Ağdam,  Bərdə,  Goranboy,  Tərtər.  İşğal  zonasından  kənardakı  7  rayon  su  altında  qala  bilər.

 

–  İşğalçıların  Sərsəng  su  anbarınıın  suyundan  istifadə  etməsinin  nəticəsi  var?

 

–  Onlar  göz  qabağındadır.  Flora və  Fauna  dəyişir,  torpaq  yarasız  vəziyyətə  düşür.  Kimsə  deyə  bilər  ki,  torpaq  suyu  sevir,  amma  lazım  olan  miqdarda.  Bu  gün  baş  verənlər  ərazının  bataqlığa  çevirilməsinə  aparır.  Bir  daha  qeyd  edim,  əgər  Allah  eləməmiş, qaşqın  baş  versə  bu  dəhşətli  nəticələrə  gətirib  çıxaracaq.  Bunun  məsuliyyəti  özünü  işğal  olunmuş  torpaqlarda  müvəqqəti  sahib  kimi  aparan  ermənilərin  üzərinə  düşür.

 

 bakupost.az

 

10.09.2013 17:42

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*