Ermənistanda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllində maraqlıdır.
Xarici işlər naziri qeyd edib ki, Rusiya həm ikitərəfli, həm də ATƏT-in Minsk qrupunun həmsədri kimi də münaqişənin həllində maraqlıdır: “Biz inanırıq ki, problemin həlli üçün əsas var, bu, prezidentlərin bəyanatlarında da öz əksini tapıb. Bu zəruridir ki, bu parametrlərin həyata keçirilməsi və ardıcıl addımların atılması üçün razılığa gəlinsin”. O diqqətə çatdırıb ki, Rusiya Minsk qrupunun üzvü kimi prezidentlər arasında birbaşa dialoqların davamlılığı üçün yollar axtaracaq.
Fuad Hüseynzadə
“KarabakhİNFO.com”