Azərbaycanca

Şahbaz Quliyev və Dilqəm Əsgərovla bağlı BMT-nin Azərbaycan Nümayəndəliyinin qarşısına yürüş olub- FOTOLAR

26.11.2014 | 14:14

8eed3f072cdcef6635f22a1dfcfc72eaQarabağ Azadlıq Təşkilatı (QAT) Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Şahbaz Quliyev və Dilqəm Əsgərovla bağlı Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycan Nümayəndəliyinin binası qarşısında etiraz aksiyası keçiriblər.

 

Etiraz aksiyasında QAT üzvlərindən başqa, D. Əsgərov və Ş. Quliyevin ailə üzvləri, qohumları da iştirak ediblər.

 

Şəhidlər xiyabanından BMT-nin Azərbaycan Nümayəndəliyinin qarşısına yürüşlə başlayan aksiyanın qarşısı polis tərəfindən alınıb, yürüş iştirakçılarından yalnız dörd nəfərinin Nümayəndəliyin binası qarşısına getməsinə imkan yaradılıb.

 

 

Aksiyanın keçirilməsində məqsəd BMT və digər beynəlxalq təşkilatların girov götürülən vətəndaşlarımızın taleyinə biganə yanaşmasına diqqət çəkmək olub. Etiraz aksiyasının iştirakçıları “Rədd olsun BMT”, “Rədd olsun Minsk Qrupu” və başqa şüarlar səsləndiriblər.

Sonda aksiyanın qətnaməsi BMT-nin Bakı Ofisinə təqdim olunub.

 

53d5c702425dc66a405fa3fdce5c8c8c 456ca942daf6445e5b48179cf561f1b8 123606b3981248fad34d31e2708b25de e66bd61c6c955d242980aec17008eb63 f0d9d44a83ca63f75b6343019c243b78 f6b6f1640ddf551f4af80aa8fa8bff43

 

 

 

 

 

 

 

 

 

 

“KarabakhİNFO.com”

 

 

26.11.2014 14:14

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*