Azərbaycanca

Şahid danışır…

22.09.2012 | 10:44

???????????????????????????????Şahid danışır…

 

100 ildən çoxdur ki, dünya erməniləri “dənizdən – dənizə Ermənistan” yaratmaq ideyası istiqamətində məqsədyönlü fəaliyyət aparırlar. Azərbaycanlılar isə ermənilərin bu sevdasına daim xülya kimi baxır. Baxmayaraq ki, onlar bu yolda çox qətiyyətlidirlər. Hiylənin, məkrin və ağılın bütün imkanlarından istifadə edərək məqsədlərinə doğru addım – addım irəliləyirlər.

Təkcə son 200 ildə ermənilərin bu bölgədə necə məskunlaşdığına dair yüzlərlə tarixi sənəd var. Amma özünü “məzlum”, “tarixən əzilmiş xalq” kimi qələmə verən üzdəniraq qonşumuz özgə torpağında yerləşməklə kifayətlənmir. Strateji məqsədləri uğrunda taktikasını cəld dəyişir. Mitinqlə, nümayişlə, hərbi təcavüz yolu ilə arzusuna çata bilməyəndə, torpaq iddiasını 2 erməni soyqrımı” libasına bürüyür.

1991- ci ilin oktyabrında blokadada olan Xocalının oktyabrın 30-dan etibarən şəhərə aparan bütün avtomobil yolu bağlanmış, yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı. Bu yeganə ümid işığı olan vertolyot isə Xocalıya sonuncu dəfə 1992 – ci il yanvar ayının 28 – də endi. Şuşa səmasında mülki vetolyotun vurulması, vertolyotun içindəki 40 nəfər azərbaycanlının həlak olmasıyla şəhərlə olan bu hava əlaqəsi də kəsildi.Yanvarın 2-də şəhərə verilən elektrik enerjisi də kəsilmişdi. Xocalılar ancaq öz qəhramanlıqları və şəhər müdafiəçilərinin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdular. Şəhərin müdafiəsi əsasən ov tüfəngləri ilə silahlanmış yerli özünü müdafiə dəstəsi, yerli milis qüvvələri və Milli Ordunun döyüşçülərindən təşkil olunmuşdu.

Fevralın ikinci yarısından başlayaraq erməni silahlı dəstələrinin mühasirəsinə alınmış Xocalı hər gün toplardan , ağır texnikalardan atəşlərə, erməni dəstələrinin həmlələrinə məruz qalırdı.

Şahid danışır...1992 – ci il fevralın 25 – dən 26 – na keçən gecə Ermənistan Silahlı qüvvələri SSRİ dövründən Xankəndi (Stepanakert) şəhərində yerləşən Rusiyanın 366 – cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərək azərbaycanlılara qarşı soyqırımı həyata keçirdilər. Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biri kimi tarixə yazıldı. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər Xocalı sakini Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma bir günün içində yer üzündən silinməklə üz- üzə qalmış bu insanlardan 63 – uşaq, 106-sı qadın, 70 – i qoca olmaqla, ümumilikdə 613 nəfər düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. 8 ailə tamailə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76 – sı uşaq idi. Şəhər əhalisinin 1275 – i əsir, 150-si isə itkin düşdü.

 

Talıbova Səriyyə Ağa qızı bizə əsir həyatını danışdı. Fevralın 25 – dən 26 – a keçən gecə Xocalı faciəsi baş verdi. Bizi Onurayox adlı bir kənddə əsir saxladılar, ondan sonra Kəpik adlı bir kəndə gətirdilər. Cavanları, qocaları, körpə uşaqları döyürdülər, zülm verirdilər, öldürürdülər. 5 – 6 nəfər erməni bir nəfəri top kimi bir – birlərinə atırdılar. İşgəncə verir sonra öldürürdülər. Özləri də bu hərəkətlərindən zövq alırdılar. Elə ağır işgəncələr verir, elə qəddarlıq edirdilər ki, öldürsəydilər toy – bayram hesab edərdik. Qız – gəlinlərin başına olmazın bılalar gətirirdilər. Cavan oğlanları seçib aparırdılar ki, sizinkilər bizim komandiri öldürüb, onun üstündə qurban kəsəcəyik. Elə dəhşətli anlar yaşamışıq ki, dilimə gətirə bilmirəm, o anları yenidən yaşamış kimi oluram. Ac – susuz saxlayırdılar, yağışın, qarın suyunu içirdirdilər. Donuz tövləsində saxlayırdılar, sutkalarla, aylarla

camaat orada qaldı. Öldürdüklərini öldürürdülər, sağ qalanlardan bir hissəsini Yerevana aparmaq adıyla çıxarırdılar. Bizi ailəvi girov götürmüşdülər. Qohum – əqrəba 25 nəfər idik. Kimisini gözümüzün önündə öldürdülər. Bir hissəsini Xocalıda yolda öldürdülər. Meyitlər dağda, düzdə – düzəngahda qaldı. Nə qədər qohumlarımız əsir düşdü, səs – soraq hələ də yoxdu, sağ qalanlarımızı isə dəyişdirdilər. Gəlmişik amma hamımız yataq xəstəsiyik, əlilik. Hər gün dua edirəm ki, Allah mənim canımı almasın Qarabağı görüm.

 

 

 

 

Aysel Talıblı.

22.09.2012 10:44

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*