Azərbaycanca

Şahin Mustafayev: İtaliya şirkətlərinin Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyəti qəbuledilməzdir

15.04.2015 | 11:53

shahin_mustafayev_170214

Bəzi İtaliya şirkətlərinin Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyəti və bu ərazilərə turist səfərlərinin təşkili, habelə İtaliyadakı sərgi və tədbirlərdə qondarma rejim təmsilçilərinin iştirakı qəbuledilməzdir.

Trend-in məlumatına görə, bunu Bakıda İtaliyanın iqtisadi inkişaf naziri Federika Quidinin başçılıq etdiyi nümayəndə heyəti ilə işgüzar görüşdə çıxışı zamanı iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev deyib.

Nazir qeyd edib ki, İtaliya hökiməti tərəfindən belə halların qarşısının alınması üçün tədbirlər görülməlidir.

İtaliyanın iqtisadi inkişaf naziri Federika Quidi isə məsələ ilə bağlı jurnalistlərə açıqlamasında bildirib ki, bu məsələ ilə bağlı azərbaycanlı həmkarı ilə danışıqlar aparıb: “Sözügedən şirkətlərə bununla bağlı xəbərdarlıq olunacaq. Ümid edirəm ki, onlar bu fəaliyyətlərini dayandıracaqlar”.

15.04.2015 11:53

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*