Azərbaycanca

Şamaxıda Dağlıq Qarabağla əlaqədar Ağ Evdə yayılan petisiya ilə bağlı tədbir keçirilib

12.04.2016 | 16:31

fa9311a2bc98d3f057723fcd0e21614d

Aprelin 12-də Şamaxı şəhərində rayon ziyalılarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Ağ Ev Administrasiyasının internet resursunda Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) prezidenti Elxan Süleymanovun imzası ilə Dağlıq Qarabağla əlaqədar Obama Administrasiyasına ünvanlanan petisiya ilə bağlı tədbir keçirilib.

 

AVCİYA-dan APA-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə millət vəkili Elxan Süleymanovun səlahiyyətli nümayəndəsi, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Dəyanət Musayev açıb.

 

Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. AVCİYA-nın prezidenti, millət vəkili Elxan Süleymanovçıxış edərək, petisiyada irəli sürülən məqamların bu yaxınlarda qəbul edilənAŞPA-nın 2085 (2016) saylı qətnaməsində sadalananlarla üst-üstə düşdüyünü bildirib.

 

Petisiyada sadalanan tələblərin məzmunu barədə informasiya verən E.Süleymanov onun qəbul edilməsi üçün 100 min insanın səs verməsinin vacibliyini vurğulayıb. Millət vəkili 100 minin də son hədd olmadığını qeyd edərək, şamaxılıları səsvermə prosesində fəal olmağa çağırıb.

 

Şamaxı rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qasım Qasımov və Şəhriyar qəsəbə tam orta məktəbinin direktoru Rəsul Rzai çıxış edərək layihənin əhəmiyyətini vurğulayaraq Şamaxı sakinlərini onu dəstəkləməyə dəvət ediblər.

 

“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova  petisiyanın imzalanma qaydası ilə tədbir iştirakçılarını tanış edib və tədbir iştirakçılarının suallarını cavablandırıb.

 

Qeyd edək ki, AVCİYA 06.04.2016-cı il tarixində “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə” adlı petisiya layihəsinin icrasına start verib. Layihə çərçivəsində Ağ Ev Administrasiyasının internet resursunda AVCİYA prezidenti Elxan Süleymanovun imzası ilə Obama Administrasiyasına petisiya ilə müraciət olunub (https://petitions.whitehouse.gov/petition/establish-justice-and-prevent-great-catastrophe

 

apa.az

 

12.04.2016 16:31

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*