Ermənistan prezidenti Serj Sarkisyan noyabrın 3-də Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqtonu qəbul edib. Erməni mətbuatına istinadən bu barədə “KarabakhİNFO.com” beynəlxalq e-jurnalı xəbər verir.
Görüş zamanı S.Sarkisyan və D.Lidinqton ATƏT-in Minsk qrupu çərçivəsində Dağlıq Qarabağ məsələsini sülh yolu ilə həlli perspektivlərinə toxunaraq Azərbaycan və Ermənistan prezidentlərinin Uelsdə və Parisdə keçirilən son iki görüşünü
dəyərləndiriblər.
Daha sonra tərəflər regional məsələlər və Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyündən sonra Ermənistan – Avropa İttifaqı münasibətlərinin perspektivlərinə dair fikir mübadiləsi aparıblar.
“KarabakhİNFO.com”