Azərbaycanca

Sarkisyan: “Bura kinoteatr deyil”

13.02.2015 | 11:13

70613

Ermənistan prezidenti Çarukyanı təhlükəsizlik şurasından çıxarıb

 

 

 

 

 

Ermənistan prezidenti Serj Sarkisyan “Çiçəklənən Ermənistan” partiyasından milli təhlükəsizlik şurasına üzv olan Qaqik Çarukyanın şuraya üzvlüyünün ləğv edilməsinə dair sərəncam verib.

 

“KarabakhİNFO.com” beynəlxalq elektron jurnalının ANS PRESS-ə istinadən məlumatına görə, buna səbəb isə, Çarukyanın şuranın iclaslarına çox nadir hallarda qatılması olub.

 

 

“Bu milli təhlükəsizlik şurasıdır, hansısa kinoteatr deyil. Bura kim nə vaxt ürəyi istədi gedə bilməz”, – deyə Sarkisyan partiyasının iclasında qeyd edib.

 

 

Sarkisyanın sözlərinə görə, Çarukyan 2013-2014-cü illərdə milli təhlükəsizlik şurasının 145 iclasından cəmi 4-nə qatılıb. O, eyni zamanda, vergidən yayınmaqda şübhəli bilinir. Sarkisyanın iddialara dair araşdırma aparması üçün baş nazirə müraciət edib.

 

 

 

 

“KarabakhİNFO.com”

 

 

13.02.2015 11:13

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*