Azərbaycanca

Haykazn Qaqriyan: “Qarabağı qaytarmalıyıq ki, gələcək nəsillər normal yaşaya bilsin”

22.12.2014 | 17:33

dagliq qarabagKeçən iyirmi il ərzində Qarabağın Azərbaycana qaytarılması üçün yetərincə sənəd bazası yaradılıb.

 

 

“KarabakhİNFO.com” ANS PRESS-ə istinadən xəbər verir ki, bu barədə erməni jurnalist Haykazn Qaqriyan bu gün yazdığı “Moskva Qarabağ məsələsini həll etdi” başlıqlı məqaləsində bildirir.

 

 

Onun fikrincə, Ermənistanın Avrasiya İttifaqına girməsindən sonra Qarabağın Azərbaycanın nəzarətinə qayıtmaqdan başqa yolu qalmayacaq. “İrəvanın ictimai-siyasi elitası artıq rahat nəfəs alacaq – uzun illərdir ki, onlar Qarabağ məsələsindən yaxa qurtarmağa çalışırdılar və nəhayət buna nail oldular”, – deyə Qaqriyan vurğulayır.

 

 

Onun fikrincə, bu əhval ruhiyyəni ən yaxşı şəkildə Erməni Milli Konqerssinin üzvü Lüdmila Sarkisyan ifadə edir. “Qarabağı mümkün olan qədər tez verməliyik ki, Ermənistanın gələcək nəsilləri normal yaşaya bilsin və Avrasiya İttifaqına daxil olmaq bunun üçün yaxşı səbəbdir”, – deyə xanım siyasətçi erməni xalqına çağırış edib.

 

 

“KarabakhİNFO.com”

 

 

 

 

22.12.2014 17:33

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*