Azərbaycanca

“Sarkisyan sözünün arxasında dayanmağı bacarmır”

08.07.2014 | 16:07

1404821218_66cc1a8f11dd965df5f12d8db312f602“Dağlıq  Qarabağ probleminin həlli yollarının dalana dirənməsi və Ermənistanın çətin vəziyyətə düşməsinin səbəbkarı Sarkisyan hakimiyyətidir”. Bu fikirləri “Birinci İnformasiya”ya açıqlamasında ekspert Romella Mnaçakanyan bildirib. Onun sözlərinə görə, Serj Sarkisyan ciddi siyasətçi deyil: “Sarkisyan sözünün arxasında dayanmağı bacarmır. Avropalılar da birdəfəlik bildilər ki, Ermənistanın real müstəqilliyi yoxdur. Rusiyanın Azərbaycana xüsusi diqqət ayırması bu ölkənin əhəmiyyətinin artması ilə bağlıdır. Rusiya prezidentinin müşaviri Qlazev də bu yaxınlarda bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Rusiya-Azərbaycan münasibətlərini möhkəmləndirməklə yanaşı, Avrasiya inteqrasiya prosesinin reallaşmasına da yardım edə bilər. Qlazev Qarabağ münaqişəsinin Cənubi Qafqazın inkişafını nə qədər ləngitdiyini yaxşı anladıqlarını da deyib. Onun sözlərinə görə, münaqişə Azərbaycanın inteqrasiya prosesinə qoşulmasının qarşısında ciddi əngəldir. Rusiya hakimiyyətinin Azərbaycana xüsusi münasibəti də bununla bağlıdır. Qlazevin açıqlamaları göstərir ki, Rusiya Azərbaycanın könlünü almaqla məşğuldur. Təbii ki, Ermənistanın hesabına. Bizim üçün ən qorxulusu odur ki, Rusiyanın rəsmi Bakıya verdiyi vədlərini yerinə yetirmək üçün mexanizmləri var. Amma bizim əlimizdə heç nəyimiz qalmayıb”.

 

R.Mnaçakanyan deyib ki,  Avropa və ABŞ-ın himayədarlığına da ümid qalmayıb: “Bu o deməkdir ki, bizim daha heç kimə ümidimiz yoxdur, Rusiya yenə də bizi satdı. Buna görə Sərkisyan hakimiyyətinə “minnətdar” olmalıyıq. Ermənistanı alçaldanları, ölkəni belə ciddi təhlükələrlə üz-üzə qoyanları yıxmağa ləyaqətimiz çatmadı”.

 

Fuad Hüseynzadə

 

“KarabakhİNFO.com”

 

 

08.07.2014 16:07

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*