Ermənistanda keçirilən son iki prezident seçkisində hazırkı prezidentin əsas rəqiblərindən olan Paruyr Ayrikyan dövlət başçısı Serj Sarkisyanın istefası tələbi ilə dünəndən etibarən aclıq aksiyasına başlayıb.
“KarabakhİNFO.com” beynəlxalq e-jurnal Ermənistan mətbuatına istinadən xəbər verir ki, o, bu addımını Sarkisyanın ölkədəki ağır durumun öhdəsindən gələ bilməməsi ilə izah edib. Ayrikyan qeyd edib ki, onun etiraz aksiyası hər gün saat 17-00-dan 18-00 arası Prezident Administrasiyasının binası önündə baş tutacaq.
Xatırladaq ki, Ayrikyana qarşı 2013-cü ilin yanvarın 31-də təşkil olunmuş sui-qəsd nəticəsində çiynindən ağır güllə yarası alıb.
Fuad Hüseynzadə
“KarabakhİNFO.com”