Azərbaycanca

Sarukyan Ermənistan prezidentinin təklifini rədd etdi – QALMAQAL

18.02.2015 | 12:04

daa Ermənistan KİV-ləri prezident Serj Sarkisyanla ölkənin ən varlı adamı, “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Sarukyanın görüşü barədə məlumat verir.

 

Halbuki, Ermənistan prezidenti keçən həftə çıxış edərək Sarukyanın fəaliyyətini kəskin tənqid etmişdi, onu Ermənistan üçün bəla adlandırmışdı. Sarkisyan həm də biznesmenin Ermənistan milli təhlükəsizlik şurasında üzvlüyünün dayandırılması ilə bağlı əmrə imza atıb, həmçinin onu deputat mandatından məhrum etmək barədə tapşırıq verib.

 

 

Öz növbəsində Qaqik Sarukyan bildirib ki, Sarkisyanın bu cür kəskin reaksiyası onunla bağlıdır ki, o, parlament hakimiyyətinə keçilməsini nəzərdə tutan konstitusiya islahatlarından sonra ölkə prezidenti vəzifəsini tutmaq təklifindən imtina edib. Baş nazir, təbii ki, Serj Sarkisyan özü olmalı idi və kefi istəyən qədər, bezənə kimi bu vəzifəni tutmalı idi.

 

 

Erməni nəşrləri bildirir ki, bu görüş “Daşnaksütyun” partiyasının təşəbbüsü ilə baş tutub. Daşnaklar, guya, ölkədə təlatümlərin və toqquşmaların qarşısını almaq üçün bu addımı atıblar. Hətta tanınmış erməni iş adamı Samvel Karapetyan da buna görə İrəvana dəvət edilib, o, bu görüşün baş tutması üçün bütün səylərini sərf edib. Qəzetlər yazırlar ki, yaxın günlərdə görüşün daha dərin təfərrüatları məlum olacaq.

 

 

Amma ekspertlər bildirirlər ki, Serj Sarkisyan və Qaqik Sarukyan bir-birinin başını pambıqla kəsməyə hazırdılar. Onların fikrincə, bu görüş sadəcə nümayiş, tətil, aclıq və ya hətta hakimiyyətin vaxtından əvvəl dəyişdirilməsi kimi fəlakətlərə yol verməmək üçün edilmiş siyasi manevrdir. Özü də, uydurma erməni soyqırımının yüzilliyi çox yaxınlaşır.

 

ANSPRESS

18.02.2015 12:04

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*