Azərbaycanca

Sergey Lavrov: “Dilqəm Əsgərovun məsələsi erməni tərəfi ilə müzakirə olunacaq”

21.01.2015 | 15:17

7

“Əsgərovu erməni tərəfi tutub və bu məsələ erməni tərəfi ilə müzakirə olunacaq”

 

 

KarabakhİNFO.com beynəlxalq elektron jurnalının APA-ya verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi brifinqdə Rusiya vətəndaşı Dilqəm Əsgərovun Kəlbəcərdə ermənilər tərəfindən girov götürülməsi ilə bağlı sualı cavablandırarkən deyib.

 

 

 

“Rusiyanın müxtəlif ölkələrdə tutulmuş xeyli vətəndaşı var. Biz daim onların taleyi, bu şəxslərə qarşı irəli sürülən ittihamların ağırlığı, saxlanma şəraiti, saxlanıldıqları ölkənin onlarla bağlı planları ilə maraqlanırıq və bunun əsasında müvafiq qərarlar qəbul edirik. Qərarlar Rusiyanın müvafiq ölkələrlə ikitərəfli münasibətlərində mövcud olan kanallarla qəbul olunur”, – deyə Rusiya XİN başçısı bildirib.

 

 

Qeyd edək ki, ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

 

 

Separatçı Dağlıq Qarabağ rejiminin “məhkəməsi” ötən il dekabrın 19-da D. Əsgərovun ömürlük, Ş. Quliyevin isə 22 il müddətinə azadlıq məhrum edilməsi barədə “hökm” çıxarıb.

 

 

 

 

 

“KarabakhİNFO.com”

 

 

21.01.2015 15:17

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*