Azərbaycanca

Serjə qarşı üsyan – VİDEO

19.02.2015 | 16:08

84143

Ölmüş əsgərlərin valideynləri İrəvanda yeni aksiya keçirib

 

 

 

 

 

 

İrəvanda ölmüş erməni əsgərlərinin valideynləri yeni aksiya keçiriblər.

 

 

“KarabakhİNFO.com” beynəlxalq elektron jurnalının ANS PRESS-ə istinadən  məlumatına görə, aksiya iştirakçıları prezident Serj Sarkisyanın iqamətgahı qarşısına getməyə cəhd göstəriblər. Polislər isə onların qarşısını kəsərək buna mane olublar. Aksiya iştirakçısı deputat Aram Manukanyanla polis arasında kiçik dialoq baş tutub. Deputat polisləri ölən əsgər valideynlərinə qarşı zor tətbiq etməkdən çəkinməyə çağırıb.

 

 

“Sabah o, (Serj Sarkisyan nəzərdə tutulur-red.) ölkədə olmayacaq, siz isə burada yaşayacaqsız. Sən bu gün elədiklərinə görə nə cavab verəcəksən? Sabah sizi bu kadrlara görə hakim qarşısına çıxaracaqlar”, – deyə erməni deputat bildirib.

 

Bundan sonra aksiya iştirakçıları İrəvanın Azadlıq meydanına gedərək burada aksiya keçiriblər.

 

 

 

“KarabakhİNFO.com”

 

 

 

 

 

 

 

19.02.2015 16:08

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*