ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik “Turan”a müsahibəsində Azərbaycan və Ermənistan prezidentlərinin NATO-nun Kardif sammitində görüşə biləcəklərini deyib.
Onun bu açıqlamasını isə Ermənistan Prezident Administrasiyası nə təsdiq, nə də təkzb edib. Modern.az saytı xəbər verir ki, “Aykakan Jamank” qəzeti Ermənistan hökumət mənbələrinə istinadən prezident Serj Sarkisyanın NATO-nun Uelsdə keçiriləcək sammiti çərçivəsində Azərbaycanın dövlət başçısı İlham Əliyevlə görüşə razılıq verdiyini yazıb.
Qeyd edək ki, NATO-nun növbəti sammiti sentyabrın 4-5-də Uelsin paytaxtı Kardifdə keçiriləcək. Azərbaycan tərəfi isə prezidentlərin görüşü barədə hər hansı bir açıqlama verməyib.
“KarabakhİNFO.com”