Azərbaycanca

Serj Sarkisyan ölkəni necə “proxodnoy dvora” çevirib?!

27.12.2014 | 17:35

10888520_795141850577367_6972866641391394716_nErmənistanda klassik hakimiyyətsizlikdir. Sözün həqiqi mənasında belədir. Bu artıq mütəşəkkil və saat kimi işləyən diktatura- mükəmməl “bardak”dır. Hakimiyyət əslində heç nəyə-xüsusən xarici siyasətə və iqtisadiyyata nəzarət etmir.

 

Öz hakimiyyətini möhkəmləndirmək və uzatmaq üçün iqtidarın başı gündəlik rejimə o qədər qarışıb ki, daxili və xarici əlaqə, sərhəd “proxodnoy dvora” çevrilib. Buraya-Ermənistana kimi desən, nəyi desən, tapdalayaraq rahat girib-çıxa bilər.

 
Neçə ki, bu Ermənistanın “möhürü” bu saxtakar iqtidarın əlindədir susdurmaq üçün onlar ölkənin daxilində hər nə edirlərsə, eynisi də Ermənistanla kənardan edilə bilər.

 
Hakimiyyət nümayəndələri özləri burada seçkiləri saxtalaşdıra , adam öldürə, insanları siyasi səbəblərlə həbs edə, vətəndaşı döydürə, ölkəni və iqtisadiyyatı zəiflədə bilərlər. Buyurun, problem yoxdur, gəlin, görün və susun. Əvəzində Ermənistanla siz də eyni cür rəftar edə bilərsiniz. Dar ağacından asın, təzyiq göstərin, sınaqlar keçirin, pul çıxarın, ölkənin təhlükəsizliyini zəiflədin. Qısası, ürəyiniz nə istəsə edin.

 
Ermənistan və Ermənistan Respubliksının vətəndaşları yenə bütün bunların “bəhrəsini” dada bilərlər. Necə ki, dadırlar. Bağlı dükanlar qarşısında təəccüblə donub qalmaq, dükanlarda “bol əsrdə” çörək , gündüz lampa ilə dollar axtarmaq məhz indi də baş verir. Bu həm də yeni ildən əvvəl olur. Amma nə oldu? Heç nə.

 
Beynəlxalq Valyuta Fondunun (BVF) Ermənistandakı nümayəndəsi deyir ki, problemlər bütün dünyada var, təkcə sizdə deyil, lakin sizin hakim dairələr tədbirlər görməyə çalışırlar. Adamlar, xüsusən də çox az sayda qalan kiçik sahibkarlar hətta 1000 dollar ala bilmirlər, Mərkəzi Bankın sədri isə mətbuat konfransı keçirir, deyir ki, belə şey yoxdur. Bankların dollar satmadığı isə vacib deyil. Dedilər ki, qara bazarda dolların qiyməti Aya qalxıb, lakin Mərkəzi Bankın sədri belə bir şeyin olmadığını söyləyib. BVF-in nümayəndəsi isə deyir ki, hər şey okeydir, yəni qaydasında.

 

 

Məşhur bir Amerikan cizgi filmi var, orada yığıncaq zamanı başabəla pişik camaat qarşısında bağırırdı: “Siz mənə inanırsınız, yoxsa gözlərinizə”?

 
Ermənistanda vəziyyət hazırda bu cürdür. İnsanların nə gördüyünün fərqi yoxdur. Hakimiyyət durub bəyan edir: “Siz bizə inanırsınız, yoxsa gözlərinizə? Əgər hər şey normaldır deyiriksə, deməli normaldır.

 
Pul yoxdur?, necə yoxdur?, var! Mallar bahalaşıbsa, bütün dünyada bahadır, əgər yenə bahadırsa, kəmərlərinizi sıxın. Təzək yandırın, başlıcası səssiz oturun, və şahmat atı kimi hərəkət etməyə davam edin. Çörək və duzu satılan qiymətə alın və deməyin ki, bahadır. Aldıqlarınız timsah kapçinnisi deyil ki, yarım kilo ət deyilmi?

 

Bugünkü Ermənistan budur. Bunu yadda saxlamaq lazımdır. Ermənistanın “möhürü” nə qədər ki, Serj Sarkisyanın əlindədir, bizdə yalnız belə olacaq, yəni ya pis, ya da daha pis olacaq.

 

 
Sabir Babayev

“KarabakhİNFO.com”

 

 

 

27.12.2014 17:35

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*