Azərbaycanca

Serj Sarkisyani lənətləyirəm

02.08.2014 | 11:21

789İki gündür erməni kəşfiyyat-təxribat qrupları atəşkəsi pozmaqda davam edirlər. Ermənilərin Azərbaycan sərhədinə keçmək cəhdlərinin qarşısı alınarkən Silahlı Qüvvələrimiz 12 hərbiçisini şəhid verib.
Əsgərlərimizin şəhid olması və atəşkəsin pozulması barədə millət vəkilləri Sahibə Qafarova və Musa Quliyev öz fikirlərini bildirdilər.

 

 

 

 

Millət vəkili Sahibə Qafarova vətən uğrunda gedən döyüşlər zamanı sahibe-qafarovaəsgərlərimizin şəhid olmasına qəhərləndiyini bildirdi. Xanım millət vəkili “KarabakhİNFO.com” beynəlxalq elektron jurnalına açıqlamasında qeyd etdi ki, igid oğulların cavan yaşda şəhid olması hər kəsi kədərləndirir. Atəşkəs elan olunmasına baxmayaraq hər gün ermənilər tərəfindən atəşkəs pozulur. Ermənilər son iki gün ərzində Azərbaycan ərazisinə daxil olmaq istəyiblər. Amma onların bu istəyinə milli ordunun cəsur əsgərləri tərəfindən son qoyulub.
S.Qafarova əminliklə vurğuladı ki, Azərbaycan əsgəri düşmən tərəfindən susdurulur və susdurulacaqda: “Bizim tərəfdən 11 əsgər şəhid olubsa düşmən tərəfdən ölənlərin sayı daha çoxdur. Bizim cəsur, mərd igidlərimiz vətəni canları bahasına qoruyurlar”.
Həmsöhbətimiz torpaq uğrunda şəhid olan əsgərlərin ailələrinə baş sağlığı verir: “Millət vəkili kimi deyil, bir ana kimi əsgərlərimizin şəhid olmasına çox üzülürəm. İgidlərimizin cavan yaşda həlak olmasına görə erməniləri və onların cani prezidenti olan Serj Sarkisyani lənətləyirəm”.
musaquliyev4

Digər millət vəkili Musa Quliyev “Karabakhinfo.com” beynəlxalq elektron jurnalı vasitəsilə Azərbaycan xalqına və şəhid olan əsgərlərin ailələrinə baş sağlığı verdi: “Allah şəhidlərimizə rəhmət eləsin, ata-analarına, yaxınlarına səbr versin! Şəhid olan əsgərlərin hər biri bizim balamızdır”.Millət vəkilinin sözlərinə görə, cəbhə xəttindəki son hadisələr həm ölkə ictimaiyyətini və aidiyyəti qurumları da ciddi şəkildə narahat edir.

 

Azərbaycan tərəfi müharibədən qorxmur. Çünki bu gün Azərbaycanın güclü ordusu var: “Tək Ermənistan deyil, digər ölkələrdə Azərbaycan ordusunun müasirləşdirilməsindən, gücləndirilməsindən xəbərdardırlar.

 

Ermənilər qəfil Azərbaycan tərəfə hücüm etməklə nəsə qazanacaqlarını düşünürdülər. Amma onarın bu istəyi gerçək olmayacaq”.

 

 
Günel Cəlil
“KarabakhİNFO.com”

02.08.2014 11:21

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*