Azərbaycanca

Serjin xəyanət etdiyi bilindi

20.02.2015 | 16:46

76272

Prezidentin impiçmenti parlamentdə müzakirəyə çıxarılacaq

 

 

 

 

 

 

 

Ermənistan parlamentində prezident Serj Sarkisyanın impiçmenti (təqsirləndirmə – dövlətin vəzifəli şəxslərinin xəyanət və digər ağır cinayətləri üzrə parlament məhkəməsi icraatı) haqqında qanun layihəsi müzakirə olunub.

 

 

“KarabakhİNFO.com” beynəlxalq elektron jurnalının  ANS PRESS-ə istinadən  məlumatına görə, “Erməni milli konqresi”nin üzvü Nikol Paşinyan “Ermənistan Respublikasının prezidenti vəzifəsini tutan Serj Sarkisyanın impiçmenti haqqında” qanun layihəsini parlamentin Dövlət-Hüquq Məsələləri üzrə Komissiyasına təqdim edib. 2014-ci ilin dekabrında Paşinyanın layihəsini 3 deputat dəstəkləyib.

 

 

Layihənin bəndlərinə müəllif yeni əlavələr edib. Paşinyanın sözlərinə görə, Serj Sarkisyanın bu yaxınlarda Ermənistanın hakim Respublika partiyasının iclasındakı çıxışı göstərdi ki, o, Cinayət Məcəlləsinin 308-ci maddəsini (xidməti vəzifələrinin yerinə yetirilməməsi, digər şəxsi maraq və ya qrup maraqlarını əsas tutmaq, tamah) pozub. Deputatın sözlərinə görə, bəyanatdan irəli gəlir ki, Sarkisyan “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyanın yol verdiyi qanun pozuntularını əvvəldən bilsə də onları araşdırmayıb. Paşinyan iddia edir ki, Sarkisyan həmçinin, Konstitusiyanın 14.1-ci maddəsinin tələblərini də pozub. Deputatın fikrincə, Sarkisyan ayrı-seçkilik yanaşması göstərərək “Çiçəklənən Ermənistan” partiyasına havadarlıq edirdi.

 

 

 

“İrs” partiyasının parlament fraksiyasının rəhbəri Zarui Postandjyan isə Paşinyana müraciət edərək bildirib ki, impiçmentin layihəsinə Sarkisyan tərəfindən Madrid prinsiplərinin imzalamasını, Ermənistanın Avrasiya iqtisadi ittifaqına girişi, həmçinin 2013-cü ildə saxtalaşdırılmış prezident seçkilərini daxil etmək lazımdır.

 

 

Bir sıra millət vəkilləri Paşinyanı bu qanun layihəsinə görə tənqid edib. Paşinyan isə öz növbəsində bildirib ki, Serj Sarkisyanı Ermənistan prezidenti hesab etmir və iddiaları tam əsaslıdır.

 

 

 

 

“KarabakhİNFO.com”

 

 

 

20.02.2015 16:46

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*