Azərbaycanca

Tibb xidməti polkovnik-leytenantının açıqlaması

02.08.2014 | 17:17

defaultSon günlər cəbhə bölgəsində baş verən hadisələrlə əlaqədar olaraq Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişi ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının aparıcı mütəxəssisləri bölgələrə ezam olunublar.
Yaralılara müvafiq tibbi yardım göstərilib. İxtisaslaşdırılmış yardıma ehtiyacı olanlar müasir tibbi avadanlıqlarla, o cümlədən, həkim briqadası ilə təmin olunmuş sanitar-aviasiya ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına təxliyə olunub.
Hospitala daxil olan yaralılara ixtisaslaşdırılmış yardım göstəriləndən sonra müvafiq bölmələrə yerləşdirilib.
Hazırda hospitalda olan yaralıların heç birinin həyati təhlükəsi yoxdur.
Onların müalicəsi Müdafiə nazirinin tam nəzarəti altındadır.

 

 

“KarabakhİNFO.com”

02.08.2014 17:17

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*