Azərbaycanca

Sivilizasiyalararası dialoq və Ermənistanın Azərbaycana qarşı mədəni soyqırımı

06.09.2012 | 18:41

1346938583_imagesBu barədə yazmağa başlayarkən yadıma Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə aid çəkilən filmlərin ən uğurlusu olan “Fəryad” filmindən bir fraqment düşür. Qarabağ mövzusuna aid çoxlu filmlər çəkilib.  Lakin heç birində bu filmdəki qədər ermənilərin milli psixoloji xüsusiyyətləri  peşəkar şəkildə əks etdirilməyib. Bu səhnəyə dəfələrlə baxsaq da, hamımıza tanış səhnə olsa da  bayaq qeyd etdiyim xüsusiyyətinə görə bunu yenidən qeyd etmək məcburiyyətində qaldım.

Döyüş başlayan vaxtı müəllimə yeraltı tunellə uşaqları müvəqqəti sığınacaq yerinə- bunkerə şagirdlər üçün nəzərdə tutulmuş yerə gətirir və ermənilərin, onların dilinin  qədimliyi haqqında  şagirdlərə cəfəngiyyat oxumağa başlayır və deyir:

-Görkəmli yazıçı Silva Kaputikyan öz kitabında belə yazır; “ Kolumbun Santa- Mariya gəmisində bizim həmyerlimiz Martirost olub və erməni-dili də o dillərdən biri idi ki, sahilə düşən dəniz səyahətçiləri  yerli əhali ilə tərcüməçi Tores vasitəsilə məhz bu dildə bir-birilə danışmağa çalışıblar.”

Bəlkə də tarixi araşdırsaq ermənilər qədər digər xalqlara ərazi iddiaları olan, təxribatçılıqla məşğul olan, özlərinin dünyanın ən qədim sivilizasiyalarından biri olması haqqında yalandan və boş xəyaldan başqa bir şey olmayan mənasız iddiallarla çıxış edən və yalançı tarixlərinə başqalarını da inandırmağa çalışan, özlərindən başqa bütün xalqları özlərinə düşmən hesab edən ikinci bir xalq tapmaq olmaz. Özlərini buna inandıran ermənilər o qədər bu hissə qapılıblar ki,  digər xalqlara, xüsusən türk xalqlarına qarşı kəskin millətçilik və buradan doğan düşmənçilik mövqeyində dayanıblar. Səbəb kimi isə özlərinin qonşuluqdakı xalqlar arasında ən yüksək mədəniyyətə və qədim tarixə malik olduqları üçün bu xalqların onlara düşmənçilik bəslədiklərini və onların da təbii olaraq öz varlıqlarını qoruyub saxlamaları üçün özlərini müdafiə etmək və bu xalqları məhv etmək məcburiyyətində olduqlarını bildirirlər. Artıq bu tibbdə erməni xalqına xas olan “ermənilik” adlı xəstəlik adını almışdır. Bu barədə  Azərbaycan Respublikası  Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının nəşr etdirdiyi “Politologiya” lüğətində (səh 101- 102) aşağıdakı kimi qeyd olunmuşdur:

“Ermənilik – qeyri – adi, fenomenal bir hadisədir, başqa xalqlara, xüsusilə türk xalqlarına, o cümlədən Azərbaycana qarşı kəskin millətçilik mövqeyində dayanan, öz məqsədlərinə nail olmaq üçün təcavüzkar, qondarma, uydurma ideyalara geniş rəvac verən, terroru əsas vasitə seçən, insan qanına susamış, ən dəhşətli terror aktlarını yerinə yetirən, mədəniyyətdən, sivilizasiyadan uzaq bir ideologiya və siyasətin təzahürü kimi meydana çıxmışdır. Ermənilik mövqeyində dayanan bu qatı millətçilər hesab edirlər ki, onlar guya dünyada ən sivilizasiyalı millətdir, qonşuluqda yaşayan türklər, ərəblər, farslar, gürcülər və başqaları isə vəhşi köçərilərdir, onlar guya erməniləri həmişə təqib ediblər və bu gün də onları məhv etməyə hazırdırlar. Buna görə də ermənilər guya məcburdurlar ki, bütün düşmənləri, ilk növbədə türkləri məhv etsinlər. Yalnız bundan sonra torpaqları azad olar – dənizdən –  dənizə “Böyük Ermənistan” yaradıla bilər.

Artıq bir neçə əsrdir ki, bu ideya ilə yaşayan ermənilər Türkiyə, Bolqarıstan, Rusiya, Gürcüstan və Azərbaycan ərazisində münaqişələr törətmiş, türk xalqlarını, azərbaycanlıları məhv etmək mövqeyini tutmuş, mənfur ideyalarını həyata keçirmək üçün 1905 – 1907, 1918, 1920, 1948, 1965, 1988 – 1992 – ci illərdə xalqımızı deportasiya və soyqırıma məruz qoymuşlar.

Ermənilərin uzun illər boyu yeritdikləri antitürk siyasəti, törətdikləri vəhşiliklər, terrora meyil etmələri, “Böyük Ermənistan” uğrunda apardıqları “mübarizə”təbabət aləmində ancaq onlara xas olan yeni bir xəstəliyin – erməni xəstəliyinin  meydana çıxmasına səbəb olmuşdur. Moskvada çap olunmuş Böyük Sovet Ensiklopediyası bu mövzuya ayrıca məqalə həsr etmiş və adını “erməni xəstəliyi” qoymuşdur.

Ermənilk məfhumu dünyanın müxtəlif görkəmli şəxsiyyətlərinin diqqətini cəlb etmişdir. Onlar erməni xarakterinə, psixologiyasına, fəaliyyətinə, insanlara münasibətlərinə mənfi qiymət vermişlər.

Qədim Şərq yazılı abidəsi “Qabusnamə” də, antik dövrün tarixçisi Tatsitin ermənilər haqqında dediyi, polyak yazıçısı Adam Mets, rus şair və yazıçıları A.S. Puşkin, A.S. Qriboyedov, Veliçko, Şavrov, Qlinka və Mayevskinin erməni xarakterinə, psixologiyasına, fəaliyyətinə, insanlara münasibətlərinə verdikləri mənfi, neqativ qiymət  bu mənfur ideologiya və siyasi davranışın hüquqi və siyasi dözülməzliyini, əxlaqi eybəcərliyini bütün çılpaqlığı ilə görməyə imkan verir”.

Bugün bütün dünya ölkələri bəşəriyyətin gələcəyinin məhz sivilizasiyalararası dialoqdan asılı olduğunu qeyd etməkdədirlər. Bu dialoqun əsas xüsusiyyətləri isə müxtəlif mədəniyyətlərə, dinlərə, irqlərə, tarixə malik olan xalqların bu fərqliliklərə baxmayaraq yanaşı yaşayabilmə qabiliyyəti, insanların öz seçimlərində sərbəst olması, heç bir xalqın, dövlətin müxtəlif vasitələrdən istifadə edərək digərinə özünün milli, mədəni və dini xüsusiyyətlərini, həyat tərzini zorla təlqin etməməsidir. Lakin Ermənistan dövlətinin timsalında biz bunun əksini görürük. Ermənilər və onların xələfi olan indiki Ermənistan dövləti öz havadarlarının köməyi ilə xalqımıza qarşı soyqırımları, repressiyalar, deportasiyalar həyata keçirmişlər. Bununla kifayətlənməyən ermənilər tarixi abidələrimizi dağıtmış,  milli rəqslərimizi, mahnılarımızı xalçalarımızı özününküləşdirmişdir, beləliklə özünü dünyada qədim tarixə malik xalq kimi təqdim etməyə çalışmışdır.  Bu “özününküləşdirmə” siyasəti tarixən davam etmiş və bugün sözügedən proses Ermənistan dövlətinin işğalı altında olan ərazilərimizdə daha da aktiv şəkildə aparılmaqdadır.

APA-nın indi Ermənistan adlandırılan qədim Azərbaycann torpaqlarında ermənilər tərəfindən dağıdılan abidələr, yer adları ilə bağlı xronikasında Zəngəzurdakı dağıdılan abidələrimiz, dəyişdirilən yer adlarımız aşağıdakı kimi öz əksini tapmışdır:

“Urud (Ermənilər bu kəndin adını dəyişərək Oront adlandırıblar) qəbiristanlığında 1961-ci ildə aşkar edilən XV-XVI  əsrə aid sənduqə formalı və qoç heykəlli məzar daşları üzərindəki kitabələr və qədim türk tayfalarına məxsus onqonların  təsvirləri alban tayfalarının islamı qəbul etməsini və ondan çox-çox əvvəl türkləşməsini, azərbaycanlaşmasını sübut edir. Bu tarixi abidələr əvvəllər mövcud olan “Qafqazın xilafətin istilasından sonra alban tayfalarının erməniləşməsi və gürcüləşməsi konsepsiyasını” alt-üst edib. Bu elmi kəşf azərbaycanlıların Qafqazda yerli-köklü xalq olduğunu sübut edir və indiyə kimi ermənilərin “Azərbaycanlılar Qafqaza gəlmə xalqdır” fikrinin əsassız olduğunu təsdiqləyir. Erməni “alimləri” “xəttat savadsız olub, kitabəni səhv yazıb” deyə avlade-avğvan (alban övladları) sözünə hərflər əlavə edərək “avlağum vağudlu” kimi oxuyub, Zəngəzurda heç vaxt azərbaycanlıların yaşamadıqlarını “sübut” etməyə çalışsalar da, istədiklərinə nail ola bilməyiblər. Buna görə də ermənilər orta əsr qəbiristanlığı olan Zəngəzurun Urud kəndinin qəbiristanlığını məhv edib dağıdıblar.

Anadoludan tutmuş Çinə qədər Araz boyu karvan-ticarət yolu – İpək yolu üzərində Zəngəzurun Səlim keçidi adlanan yerdə Elxani Əbu Səid dövründə tikilən karvansaranı “erməni milli memarlıq abidəsi” kimi nəşr etdiriblər (Arutunyan V. M. Yerevan, 1984 il). (bax. KGPA, t.III, H 991, s. 62). Həmin yol üzərində Zəngilanın Məmmədbəyli kəndində Yəhya İbn Məhəmməd türbəsinin (vəf. 1305 il) qapısı üzərində qoyulan kitabə ölçüsü, forması, həkk olunan texnikasına görə, qeyd olunan karvansara kitabəsinin eynidir. Belə kitabənin üçüncüsünə Azərbaycanın tarixi ərazisində hələ rast gəlinməyib. Qeyd olunan kitabədə XIV əsrdə İpək yolu üzərindəki bütün abidələri qurmuş memar Əli Məcdəddinin adı yazılıb. Abidənin içərisində erməni dilində divara bir yazı qoyulub. Bu yazıda olan mətnlə qapının üzərinə hörülən yazının mətni üst-üstə düşmür. Erməni dilində olan yazıda qeyd olunur ki, bu abidə 1332-ci ildə Orbelyan nəslindən olan Çesar tərəfindən tikilib. Lazar Universitetin müəllimi Xr.İv.Kuçuk-İoannasov iddia edir ki, “tatarlar” (yəni azərbaycanlılar) sonradan bu karvansaraya Səlim adı verib və ərəbcə yazını qapının üzərinə qoyublar. Halbuki ərəbcə yazı bina tikildiyi zaman qapının üzərinə hörülüb. Maraqlısı odur ki, ermənilərin çap etdikləri bukletdə də karvansara Səlim karvansarası adı ilə çap olunub. İstər-istəməz belə bir sual meydana çıxır, əgər bu, erməni milli-mədəni abidəsidirsə, niyə ermənilər bunu “tatarlar” adlandırdıqları kimi adlandırırlar?

Ermənilərin “özününküləşdirmək” istədikləri digər abidə Azərbaycan Qara-Qoyunlu dövləti, Çuxur-Səəd əmirlərinə aid İrəvanın 8 kilometrliyində Cəfərabad (indiki Arqavanq) kəndində yerləşən möhtəşəm türbədir (hicri 816-cı il – miladi 1413-cü il). Ermənilər türkmən alimlərini dəvət edərək bu abidənin bünövrəsində qazıntı işləri aparıb və belə bir qənaətə gəliblər ki, Qara-Qoyunlu dövləti İran dövləti olub, onun başında türkmən (müasir türkmənləri nəzərdə tuturlar) əmirləri durub. Onlar türbəni erməni maddi-mədəniyyət abidəsi kimi təqdim etməyə çalışırlar. Bu cəfəng elmi nəticə yalnız xəstə təfəkkürün məhsuludur. Qara-Qoyunlu əmirlərini müasir türkmənlərlə eyniləşdirmək qeyri-elmi və düzgün deyil. Çünki onlar XIII əsrdə Anadoluda yaşamış oğuz türkləri və türkmən adlanan yarım köçəri tayfa birləşmələrindən ibarət idi. Onların mərkəz vilayətləri Arciş Van gölünün şimalında yerləşib. Bundan əlavə memarlıq-konstruktiv formasına görə, bu abidə Naxçıvanda yerləşən Möminə-xatın və Yusif bin Kəbir türbələri ilə eynidir və Əcəmi bin Əbu Bəkr memarlıq məktəbinin davamıdır. Qeyd olunan yerdə bir neçə türbə və azərbaycanlılara məxsus böyük qəbiristanlıq olub və hamısı dağıdılıb (KGPA, t.III, H 1027, s. 66-67).

Sivilizasiyalararası dialoq və Ermənistanın Azərbaycana qarşı  mədəni soyqırımı915-ci ildə Zəngəzur və İrəvan quberniyasının ərazisində 382 şiə məscidi, 9 sünni məscidi fəaliyyət göstərib. İrəvan quberniyasında məscidlərin artma dinamikası 1904-cü ildə 201, 1911-ci ildə 342, 1915-ci ildə 382 şəklində olub. Bu artım dinamikası bölgədə müsəlman əhalisinin sürətlə artmasından və bu ərazidə müsəlman ruhanilərinin güclü mövqeyindən xəbər verir. Məscid prixodları Zəngəzurun Şəki, Vaqudi, Mərdhuz, Qarraq, Saldaş, Karkyal, Ağbəs, Ağbağ, Hacıəmi, Ballıqaya, Karkas, Çaralı, Xardcmaqlı, Dəstəkərd, Qalacıq, Cicimli 1, Cicimli 2, Qaroaçalı, Seydlər, Mollalar, Təzə Kilsə, Nərcan, Zor, Əfəndilər, Pasan, Xurtekes, Hacıqəmbər, Qarabağlar, Dəmirçilər, Dondarlı, Kurdaluq, Ulaclı, Saraclı, Dərzili, Oxçi, Kaqlar kəndlərində fəaliyyət göstərib. Ümumilikdə İrəvan quberniyasının Eçmiədzin uyezdində 36 prixod məscidi, Sürməli uyezdində 47 prixod məscidi, Şərur-Dərələyəz uyezdində 63 prixod məscidi, Novobayəzed uyezdində 14 prixod məscidi, İrəvan uyezdində 54 prixod məscidi fəaliyyət göstərib.  Bu məscidlərdə quberniyada anadan olanların, ölənlərin, evlənənlərin, boşananların qeydiyyatı aparılıb. Hər prixodun mollası qubernator tərəfindən təyin olunub. İrəvan şəhərinin özündə isə XX əsrin əvvəlinə kimi Qədim Şəhər, Çame, Hacı Novruzəlibəy, Hacı İmamverdibəy, Mirzə Səfibəy, Hacı Cəfərbəy məscidləri fəaliyyət göstərib. İrəvanın Came məscidi kompleksində iri mədrəsə binası da mövcud olub. Bu tarixi abidələrin əksəriyyəti ermənilər tərəfindən vəhşicəsinə məhv edilib, yaxud mənşəyi dəyişdirilib.

Ermənilərin vandalizm siyasətinin başqa bir istiqaməti bölgənin tarixi türk torpaqları olduğunu təsdiqləyən yer adlarının kütləvi şəkildə dəyişdirilməsi olub. İndiki Ermənistan ərazisində bütün toponimlər erməniləşdirilib. Adını çəkdiyimiz Urud-Oront, Cəfərabad-Arqavanq, Zeyvə-Metsamor və s. adlandırılıb. Bu azərbaycanlıların bu torpaqlarda tamamilə izlərinin itirilməsi məqsədini güdür. Zəngəzurun Pir Davudan kəndində XIX əsrin sonunda 8-ci imam Rzanın nəvəsi Mir Davudun məqbərəsi, Qara Vəli kəndində isə 7-ci imam Museyi-Kazımın oğlu Seyid Əhmədin məqbərəsi yerləşib. Hər iki abidə ermənilər tərəfindən dağıdılıb.”

Bugün ermənilər işğal altında olan maddi mədəniyyət nümunələrimizi ya  saxtalaşdırır, saxtalaşdırılması mümkün olmayan abidələrimizi isə dağıdırlar. Bunu isə işğal altında olan 20% ərazimizin onlara məxsus olması ilə əsaslandırırlar. Ermənilər xalqımızın maddi mədəniyyət nümunələrini mənimsəyir və bu haqda müxtəlif kitablar çıxarır, internetdə məqalələr yerləşdirir, ekskursiyalar təşkil edirlər. Vəfa Quliyevanın “Ermənilərin Azərbaycan xalqının maddi mədəniyyətinə qarşı apardığı genosid siyasəti”  adlı məqaləsində Dağlıq Qarabağda və ətraf ərazilərdə yerləşən alban-xristian abidələrinin ermənilər tərəfindən mənimsənilməsi və erməni mədəniyyət abidələri elan edilməsi, bu haqda rus, erməni, avropa dillərində “əsərlərin” çap olunduğunu qeyd edir. Sonra müəllif  bu “əsərlər”in sırasında Samvel Karapetyanın “Dağlıq Qarabağ ərazisində erməni mədəniyyət abidələri” və Şaqen Mkrtçyanın “Artsaxın xəzinəsi” adlı kitabların adını çəkir. Adı çəkilən kitablar 2000-ci ildə bir neçə dildə nəşr olunub. Bu məqalədə  işğal altında olan ərazilərdə mövcud olan – Zəngilan rayonunun Məmmədbəyli kəndində yerləşən Yəhya ibn Məhəmməd türbəsinin, Cəbrayıl rayonunun Şıxlar kəndində yerləşən Şıxbaba türbəsinin (yazıların mətninə, paleoqrafik xüsusiyyətlərinə, bədii tərtibatına görə Şıx Baba xanəgahının Qədiriyyə sufi cəmiyyətinə aid olduğu müəyyənləşdirilmiş və fəaliyyət dövrü XII-XIV əsrlərə aid edilmişdir)  onun ətrafındakı qəbiristanlığın, bu türbədən bir qədər aralıda yerləşən Şeyxzadə Şeyx abd as-Salam ibn Seyx Qiyasəddinin 1358-ci ilə aid türbənin, türbənin ətrafında Şeyxin davamçılarının məzarları üzərində olan baş daşlarının, XIV-XIX əsrlərə aid orta əsr tariximizə işıq tutan sənduqələrin, başdaşı formalı qoç, at heykəlli qəbir daşlarının, Laçın rayonunun Malıbəyli kəndində aşkarlanmış XVI-XVII əsrlərə aid üç at heykəlli qəbir daşının və Armazisxevidə yerləşən XVI əsrə aid heykəlli abidənin, Füzuli rayonunun Babı kəndində yerləşən XIII əsrə aid  səkkiz güşəli Şeyx Babi Yəqub  türbəsinin, Cəbrayıl rayonunun Diridağ yaylasında orta əsr qəbiristanlığında yerləşən dağıdılmış türbənin, Laçın rayonunun Ağoğlan məbədinə gedən yolun sağında XVI əsrə aid at heykəlli qəbir daşları və Cicimli kəndində 1790-1791-ci ildə çaylaq daşından hazırlanan düzbucaqlı formasının məscid binasının və s. tarixi abidələrin adlarını çəkib.

Ermənilər yalnız tarixi abidələrimizi deyil, həm də milli rəqslərimizi, nağıllarımızı, bəstəkarlarımızı, müxtəlif tarixi araşdırmaların öz əksini tapdığı əsərləri “erməniləş”dirirlər. Bu məsələ “ Həftə İçi” qəzetinin yayımlanan buraxılmış saylarından birində Sevinc adlı jurnalist xanımın  “Ermənilər mədəni sərvətimizi də işğal edirlər” məqaləsində geniş şəkildə öz əksini tapmışdır. Müəllif məqaləsində “Vağzalı”, “Yallı”, “Uzundərə”, “Mirzeyi”, “Qazağı”, “Tərəkəmə” kimi oyun havalarının, “Sarı gəlin”, “Xan bacı”, “Dəli Ceyran” xalq mahnılarımızın erməni musiqisi kimi dünyaya təqdim edilməyindən, “Əsli və Kərəm”, “Məlikməmməd” və s. dastan və nağıllarımızın, Üzeyir Hacıbəyovun “Arşın mal alan”, “O olmasın, bu olsun” operretalarının, “Koroğlu” operasının müəyyən hissələrinin “erməniləşdirilmə” sindən,  dünyaşöhrətli bəstəkarımız Qara Qarayevin internet səhifələrində erməni bəstəkarı kimi təqdim olunmasından, Azərbaycan xalq rəqs nümunələri əsasında aranjeman edilərək düzənləmiş “Vokaliz” adlı musiqi toplusunun Ermənistan Mahnı Teatrının solisti Varduhi Vardahyan tərəfindən 2004-cü ildən Ermənistan televiziyasında erməni xalq musiqisi kimi təqdim olunmasından bəhs edir. Eyni zamanda “vokaliz” Azərbaycan toplusu “Erməni mənzərələri” adı altında CD-yə yazılaraq satışa buraxılıb. Müəllif bununla bərabər məqaləsində müasir əsərlərimizin də təhlükədə olması ilə bağlı “həyəcan təbili” çalaraq yazır:

“Yeri gəlmişkən, ermənilər folklorumuzla yanaşı, müasir əsərlərimizi də mənimsəməkdən çəkinmirlər. Məsələn: bəstəkar Aygün Səmədzadənin müəllifi olduğu və Azərbaycanda çox populyar olan “Məktəb illəri” mahnısı 2002-ci ildə Ermənistanda keçirilən musiqi festivalında Manana adlı ifaçı tərəfindən ifa olunub. Qeyd edək ki, mahnı erməni dilində və müəllif göstərilmədən səsləndirilib. Digər tərəfdən Fikrət Əmirovun Azərbaycanın dahi şairi Hüseyn Cavidin sözlərinə (“Şeyx Sənan” əsəri) bəstələdiyi “Kor ərəbin mahnısı” da erməni əsəri kimi təqdim edilir. Erməni sənətçiləri Artur Səfəryan, Raç Keşişyan, Aram Avakyan və Gevorq Dabağyanın çəkdikləri “Mayrik” adlı klipdə əvvəldən-axıradək bu mahnıdan istifadə ediblər. Həmin klip bu ilin əvvəlindən etibarən nümayiş etdirilməyə başlayıb. Halbuki “Kor ərəbin mahnısı” musiqi əsəri hələ 1963-cü ildə Azərbaycan Müəllif Hüquqları Agentliyində qeydiyyata alınıb.

Bundan başqa, 2007-ci ildə Rusiya Federasiyasının “ORT (1-ci)” kanalında nümayiş etdirilən “Buz dövrü” verilişində Azərbaycanın digər dünyaşöhrətli bəstəkarı Tofiq Quliyevin “Sənə də qalmaz” adlı (sözləri Azərbaycanın xalq şairi Rəsul Rzanındır) məşhur musiqisi də erməni əsəri kimi təqdim edilib. Araşdırmalar zamanı məlum olub ki, “Armyanskiy tanes” adı ilə təqdim edilən musiqi erməni bəstəkarı Ara Gevorkyanın 1999-cu ildə ABŞ-ın “EYE REKORDS” şirkətində yazılmış “Ani” və Civan Qasparyanın “Maqiçeskiy duduk” adlı disklərindən götürülüb.

Bir maraqlı məqamı da vurğulayaq ki, bu yaxınlarda Rusiyada aşkar olunan “the art of armenian duduk” (“Maqiçeskiy duduk”) adlı digər bir diskdə erməni ifaçısı C.Qasparyanın ifa etdiyi 15 kompozisiyadan 8-nin Azərbaycan müəlliflərinə aid olduğu aşkarlanıb. Bu mahnılara Tofiq Quliyev (“Sənə də qalmaz”), Cahangir Cahangirov (“Ay qız”), Rauf Hacıyev (“Saçlarına gül düzüm”), Emin Sabitoğlu (“Neyləyim”), Ələkbər Tağıyev (“Sən gəlməz oldun” orijinal və instrumental variantda) və Eldar Mansurova (“Gecə zəngləri”, “Melodiya”) aiddir. Sözügedən diskdə “Sənə də qalmaz” mahnısı “I have a word with a prayer” adı altında verilir, müəllifinin isə Mkrtç Malxasyan olduğu bildirilir. Halbuki “Sənə də qalmaz” mahnısı keçən əsrin 50-ci illərinin əvvəlində yaranmış və 1955-ci ildə “Bakı” studiyasında istehsal edilmiş populyar Azərbaycan kinosu “Bəxtiyar” filmində Rəşid Behbudovun ifasında səslənib. Təkcə onu demək kifayətdir ki, bu filmin videoyazısı Moskvada Rusiyanın Dövlət Film Fondunda saxlanılır. Azərbaycan Dövlət Film Fondunda isə bu filmin saxlanma kodunun nömrəsi 53S-16-dır. Mahnı isə1963-cü ildə Azərbaycan Müəllif Hüquqları Agentliyində qeydiyyata alınıb.”

Ermənistan dövləti özünün apardığı “erməniləşdirmə” siyasətini pərdələmək məqsədilə dövlətimizə qarşı bir sıra ittihamlarla çıxış edir. Bunlardan biri də ölkəmizdə yerləşən xristian  qəbiristanlıqlarında erməni qəbirlərinin dağıdılması ilə bağlıdır. Bu məsələ Elçin Bayramlının  “Milli az” saytında 2011-ci ilin 22 noyabr tarixində yerləşdirilən “Tovuz şəhərindəki xristian qəbristanlığında erməni məzarları toxunulmamış qalır” məqaləsində  bu ittihamın böhtandan başqa bir şey olmadığını qeyd etmişdir.

Qeyd edək ki, işğal edilmiş ərazilərimizdə Ermənistan dövlətinin birbaşa dəstəyi ilə xarici dövlətlər tərəfindən qanunsuz arxeoloji qazıntılar aparılır. Belə ki, 2008-ci ilin martında Azərbaycanın işğal olunmuş ərazisində yerləşən paleolit dövrünə aid Azıx mağara düşərgəsində Böyük Britaniya və İspaniya arxeoloqları tərəfindən qazıntı işlərinin aparılması haqqında İnternet şəbəkəsində məlumatlar yayılıb. Məsələ ilə bağlı Azərbaycan dövləti rəsmi şəkildə Britaniya və İspaniya dövlətlərinə öz etirazını bildirib.

Ermənistan dövlətinin “erməniləşdirmə” siyasətinin tərkib hissələrindən biri də işğal olunmuş ərazilərimizdə kilsələrin tikintisidir.  Məsələ ilə bağlı “Deyerler.org” internet səhifəsində yerləşdirilən məqalələrdən birində deyilir:

“Ermənilər işğal olunmuş ərazilərdə 15 kilsə tikib. Son illər ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında 15 kilsə tikiblər. Bunlardan ikisi Şuşada tikilib. Ağdamı Şahbulaq ərazisində isə məscidin bünövrəsi üzərindən kilsə ucaltmışlar. İşğal olunmuş ərazilər üzrə tarixi və mədəni abidələrin qorunması ictimai təşkilatın rəhbəri Faiq İsmayılov “Salamnews”a bildirib ki, bununla ermənilər həmin torpağın tarixən onların olmasını bildirmək istəyirlər. Onun sözlərinə görə, onların təşkilatı bununla əlaqədar Azərbaycan məscidlərinin dağıdılmasına görə erməniləri beynəlxalq məhkəməyə vermək qərarına gəlib. Ermənilər 1868-1870-ci illərdə Ağdamda arxitektur Kərbəlayi Səfi xan Qarabaği tərəfindən tikilmiş məsciddə ev heyvanları saxlayırlar.”

Ermənilər tərəfindən dağıdılmış və ya erməniləşdirilmiş abidələr siyahısına Şuşa şəhərindəki Aşağı Gövhərağa məscidi də daxildir. 1832-ci ildə inşa olunmuş məscid Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə “Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”na daxil edilib. 1992-ci ilin mayında Şuşanın işğalı zamanı Aşağı Gövhərağa məscidinin binası və minarələri zirehli texnikanın atəşlərinə məruz qalaraq ciddi zədələnib. Daxildə və xaricdə divar yazıları pozulub, interyerinə erməni və rus dillərində azərbaycanlılara qarşı təhqiramiz ifadələr yazılıb.

Şuşa şəhərindəki Yuxarı Gövhərağa məscidini isə 1883-1884-cü illərdə İbrahim xanın qızı Gövhər ağanın vəsaiti hesabına memar Kərbəlayı Səfixan Qarabaği tikib. Bu abidə Şuşanın böyük Cümə məscididir.

Ermənistan dövləti bütün bunları etməklə “ Silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması haqqında 1954-cü il Haaqa Konvensiyası”nı pozur. Lakin bunları etməsinə baxmayaraq beynəlxalq təşkilatlar Ermənistana qarşı hər hansı bir tədbir həyata keçirmir və onlar beynəlxalq məsuliyyətə cəlb olunmurlar. Ancaq Azərbaycanın özündə bugün də bir neçə erməni kilsəsi mövcuddur.

Bugün sivilizasiyalararası dialoqdan danışan beynəlxalq təşkilatlar əvvəlcə beynəlxalq hüquq normalarının aliliyini təmin etməlidirlər. Dövlətlərə münasibət onların gücünə görə yox, onların beynəlxalq hüququn prinsiplərinə necə riayət etmələrinə görə olmalıdır. Əgər belə olmasa heç bir sivilizasiyalararası dialoqdan, beynəlxalq hüquqdan, ədalətdən danışmaq olmaz və nəticədə öz vəzifələrinin öhdəsindən gələ bilməyən beynəlxalq təşkilatların varlığı şübhə altına düşər.

 

Söhrab İsmayılov

“KarabakhİNFO.com”

 

 

06.09.2012 18:41

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*