Azərbaycanca

Siyəzəndə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni evlər tikilib

28.01.2016 | 13:02

1453962988126909141_1000x669

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Siyəzən rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilən üç fərdi evin inşası yekunlaşıb.

AZƏRTAC xəbər verir ki, tezliklə istifadəyə veriləcək evlərdən ikisi üç, biri isə iki otaqlıdır. Evlərin hər üçü Siyəzən şəhəri ərazisində inşa olunub. Həyətyanı torpaq sahəsinin də ayrıldığı evlər elektrik enerjisi, istilik sistemi və digər zəruri məişət avadanlıqları ilə təmin olunub.

Yeni tikilən evlərdən birinin sahibi III qrup Qarabağ müharibəsi əlili Bəhram Həsənovdur. O, Ağdərə uğrunda gedən şiddətli döyüşlərdə çoxsaylı qəlpə yaraları alıb. Yeni evindən çox razı qalan B.Həsənov əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Yaxın gələcəkdə rayonda bu kateqoriyadan olan digər əlillər və şəhid ailələri də mərhələlərlə yeni fərdi evlər və mənzillərlə təmin ediləcəklər.

Ümumiyyətlə, son illər Siyəzən rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 16 mənzilli bir bina və 3 fərdi ev tikilib istifadəyə verilib.

azertag.az

28.01.2016 13:02

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*