Azərbaycanca

Sloveniyada “Xocalıya ədalət” adlı marafon keçirilib

24.02.2015 | 17:31

baaar Sloveniyanın Roqla dağ-xizək idman kompleksində “Ədalət naminə qaç” devizi altında “Xocalıya ədalət” marafonu keçirilib.

 

APA-nın məlumatına görə, marafon Azərbaycanın Sloveniyadakı diplomatik nümayəndəliyinin təşəbbüsü və Avstriyada yaşayan azərbaycanlı iş adamı Artur Abdinovun dəstəyi ilə baş tutub.

 

Sloveniyanın Olimpiya Komitəsi rəsmilərinin, diplomatik korpus nümayəndələrinin, tanınmış idman ustalarının və media təmsilçilərinin qatıldığı “Xocalıya ədalət” marafonunda 100-ə yaxın sloveniyalı idmançı iştirak edib.

 

Marafon başa çatdıqdan sonra idmançılara “Xocalıya ədalət” kubokları və pul mükafatları təqdim olunub. Təqdimat mərasimində Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov və Sloveniyadakı diplomatik missiyamızın rəhbəri Azər Xudiyev çıxış edərək, 23 il bundan öncə ermənilərin Xocalı şəhərində törətdikləri misli görünməmiş vəhşiliklərdən söz açıblar.

 

Daha sonra tədbirə qatılanlar Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanmış “Xocalı harayı” filmini izləyiblər.

 

 

 

 

 

 

 

24.02.2015 17:31

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*