Azərbaycanca

Snayperimiz Monte Melkonyanın döyüş yoldaşını vurub

05.08.2014 | 16:41

melkonyanin esgeriAzərbaycan snayperinin Kəlbəcər rayonu ərazisində, Murovdağda öldürdüyü erməni əsgəri Aram Qriqoryan ölümündən iki saat əvvəl telefonla həyat yoldaşı ilə söhbət edib.

 

ANS PRESS-in məlumatına görə, bu haqda Ermənistan mətbuatına onun qohumu Knkuş Davtyan xəbər verib.

 

Onun sözlərinə görə, Aram Qriqoryan birinci Qarabağ müharibəsinin iştirakçısı olub, müxtəlif istiqamətlərdə vuruşub.

 

“Aramın yaxşı səsi var idi, o həmişə ifa edirdi – kənddə, mövqelərdə, yoldaşlarını ruhlandırırdı. Vətənpərvərlik mahnılarını çox sevirdi. Özü həmçinin şeirlər və mahnıları yazırdı”, – deyə qohumu danışıb.

 

Xatırladaq ki, Aram Qriqoryanın üç uşağı olub. O, avqustun 4-də Azərbaycan snayperinin atəşiylə öldürülüb. Onu Partizak Araqasotnskoy kəndində dəfn ediblər.

 

Qeyd edək ki, Aram Qriqoryan 1-ci Qarabağ müharibəsində ASALA-nın liderlərindən olan erməni cəlladı Monte Melkonyanla birlikdə döyüşüb.

 

“KarabakhİNFO.com”

05.08.2014 16:41

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*