Azərbaycanca

Şok: Ermənilər nüvə terrorçuluğuna başlayır (I yazı)

16.12.2013 | 16:38

1387197380_nuv1Son dövrlərdə işğal olunmuş 20 faizdən çox Azərbaycan torpaqlarında erməni birləşmələri məskunlaşmağa başlamışlar. Bu terrorçu birləşmələrin əsas maliyyə bazalarını nüvə proyektləri, silah istehsalı, narkotik maddələrin istehsalı və onların qeyri-leqal dövriyyəsindən gələn gəlirlər təşkil edir. Azərbaycanın ermənilər tərəfindən işğal olunan ərazilərində ASALA və Haydad (“Erməni məcmuəsi”) kimi terror birləşmələrinin hərbi təlim-məşq bazalan vardır.

2001-ci ilin 21 noyabrında  ABŞ xüsusi xidmət orqanları işğal altında olan Qarabağ ərazisində ASALA-HƏMAS-Əl Qaidə üçlüyünün birgə cəbhəsi yaradılır. Onların birgə qəbul etdiyi razılıq MDB ərazisində Amerika ilə əməkdaşlığa meyilli olan biznesmənləri,  ictimai xadimləri, bankları təsir altında saxlamaqdır.

Rusiyanın Təhlükəsizlik xidmət orqanları bu xəbərdən sonra daha bir məlumat əldə edirlər: adı çəkilən cəbhə MDB ərazisində olan diplomatik korpuslar, neft kompaniyaları, humanitar təşkilatlar və Qərbdən qrant alan QHT-ləri də nəzarətə almaq, əməkdaşlıq edilməyəcəyi təqdirdə isə terror həyata keçirmək planlar da qurur. Məhz buna görə də Zəngilanda təlim düşərgəsi olan “Həmas”‘ terror təşkilatının “Ziyəddin əl-qisas” qrupu bu planların icrası üçün hazırlanır.

Livan vətəndaşı olan Ter-Qriqoryanın rəhbərliyi ilə Kəlbəcərdə “Qayıdan qəhrəmanlar”, Samoyanın rəhbərliyi ilə Laçında “PKK” terror təşkilatının xüsusi qrupu, Xankəndində Yunanıstanın “Milli dirçəliş” təşkilatı da birbaşa bu Cəbhənin nəzarəti altında fəaliyyət göstərirlər. 1988-ci ildə Moskvada yaradılmış “Erməni birliyi” təşkilatı isə keçmiş sovet məkanında terrorçuların fəaliyyəti üçün onları saxta sənədlərlə təmin edir. Dağlıq Qarabağa silah və muzdluların ötürülməsində iştirak edir.

Qarabağda məskunlaşan terror qruplarının maliyyə yardımı isə narko-ticarətdən gəlir. Amerikalıların araşdırmalarına görə hazırda Dağlı Qarabağ “Böyük Opium Yoluna” çevrilib və bu ticarət illik 320 milyon dollar gəlir gətirir. Buna görə də Dağlıq Qarabağa köçən hər bir erməniyə 2.240 dollar bu ticarətdən gələn gəlirdən pul ayrılır.

Nüvə terrorçuluğu terrrorizmin üsullarından biri və ən təhlükəlisidir. Nə qədər ki, beynəlxalq ictimaiyyət terrorçuluğun tərifi üzərində ortaq qərara gəlməyib nüvə terrorçuluğunu da ümumtanınmış təriflə vurğulamaq çətin olacaq. Bu qruplaşmaların nüvə tədqiqatları aparması barədə də məlumatlar var. Qərb xüsusi xidmət orqanlarının hazırladığı hesabatda Dağlıq Qarabağda “nüvə zonası” yaradılmışdı. Tikanlı məftillə bu dairələnmiş zonalarda, Ermənistan öz nüvə tullantılarını yerləşdirir.

Çəlləklərdə “A-TOOZ” yazısıyla xüsusi yeşiklərdə Ermənistanın ərazisindən göndərilmiş qabaqcadan müəyyən edilmiş ərazilərdə xüsusi çuxurlarda basdırılan bu tullantılar əsasən Xocalının ərazisində şimal-qərb hissəsində Kolataq, Seyidbəyli və Almalı kəndlərinin bitki faunası və Xocalının məskun edilmiş ərazisinin iqlim şəraitini dəyişdi. Kolataq kəndinin  təkcə  bir məntəqəsində  Ermənistandan (Atom Elektrik Stansiyası) göndərilmiş nüvə tullantıları ilə dolu 11 dəmir konteyner basdırılmışdır.

Rusiyada hazırlanan “İkinci Çernobl”adlı yazıda hərfi mənada Seyidbəyli və Almalı kəndləri tikanlı məftillə hasarlanmış “nüvə qəbiristanlıqlarına” çevrlidiyini yazır. Bütün bunlar beynəlxalq hüquq normalarını pozmaqla yanaşı nüvvə tullantılarının Almaniya və Yaponiyaya Ermənistan vasitsilə satışı həyata keçirilir.

Nüvə terrorçuluğu əməlləri ilə mübarizə haqqında Beynəlxalq Konvensiyaya qoşulan Azərbaycan dövləti  2008-ci il 2 dekabr tarixindən 725-IIIQ nömrəli Qanunu ilə bir qeyd-şərt və bəyanatla təsdiq edilmişdir. Bu bəyanatda yazılır:  “Azərbaycan Respublikası 23-cü maddənin 2-ci bəndinə uyğun olaraq bəyan edir ki, Konvensiyanın 23-cü maddəsinin 1-ci bəndini özü üçün məcburi hesab etmir, çünki O, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində Konvensiyanın müddəalarının həyata keçirilməsinə həmin ərazilər işğaldan azad olunana qədər təminat vermək iqtidarında deyildir.”

Bu bir daha sübut edir ki, Azərbaycanın işğal olunan ərazilərində ermənilərin nüvə tədqiqatları həyata keçirilir və bu da gələcəkdə bəşəriyyət üçün ciddi təhlükə yaradır.

“Nüvə tədqiqatları və Ermənistan” adlı araşdırmanın müəllifi S.Stepanyan Türkiyə və Azərbaycanı daima təsir altında saxlamaq üçün işğal edilmiş Dağlıq Qarabağın ərazisinin üç müxtəlif nöqtəsində “özünümüdafiə” (erməni terror təşkilatının ASALA yeni qanadı üçün tədris düşərgələri yaradılması-müəllif)  dəstələrinin yaradılmasını xüsusi qiymətləndirmişdir. Stepanyanın qeyd etdiyi həmin üç müxtəlif nöqtə aşağıdakılardır:

1. Şuşa rayonunun (şimal hissəsində Xalfali yaşayış məntəqəsi) ərazisi.

2. Xocavənd rayonunun (qərb hissəsində Kiş yaşayış məntəqəsi) ərazisi.

3. Xankəndi rayonun (şərq hissəsində Əsgəran yaşayış məntəqəsi) ərazisi.

 Bunlardan əlavə, erməni terror birləşmələri ilə yaxın münasibətlərdə olan digər terror birləşmələri də öz təlim bazalarını hələlik heç bir dövlətin nəzarəti olmayan bu ərazilərdə qurublar.

Amerika Birləşmiş Ştatlarında kvant fizikası ilə məşğul olan Professor A.Aqtarcanyan Ermənistanda çıxışı zamanı bildirmişdir:

“Ermənilər bütün tarix boyu kütləvi qırğın silahları istiqamətində  həmişə axtarışda olublar. “Böyük Ermənistan” ideyasını illüziyadan həqiqətə çevirmək istiqamətində son şansımız nüvə silahlarının tapıntısı, istehsalı olacaq”

2013-cü ildə Ermənistanın baş naziri Tiqran Sərkisyan bütün beynəlxalq təyziqlərə baxmayaraq Metsamor Nüvə Stansiyasının təkmilləşməsi və yeni Atom Elektrik Stansiyalarının tikintilərinin aparacaqlarına 20 may tarixində Parlamentdə çıxışında bildirmişdir.

7 may 2002-ci il tarixdə  Avropa Şurası Parlament Assambleyasına 9444 saylı sənədlə müraciət edən Azərbaycan rəsmiləri “Azərbaycan Respublikasının İşğal Olunmuş Ərazilərində Nüvə Texnologiyası Və Nüvə Tullantıları” adlı bəyanatda qeyd edilir:

“İşğal edilmiş ərazidə 29 nüvə mərkəzi vardır. Bu sahədə radiasiya və nüvə tullantıları 80 000 hektar kənd təsərrüfatı torpağını, 150 000 hektar meşəni, 22 000 hektar şəxsi sahələri və iki yaşayış qəsəbəsini zəhərləmişdir. Ermənistanın “Razdanmaş”, “Armavir”, “Akopyan”, “CakMacMetals” və “Vartaniol” Şirkətləri nüvə texnologiyalarını Dağlıq Qarabağdan keçirməklə İrana və İraqa ötürmüşlər. Sonuncu şirkət, həmçinin, işğal edilmiş ərazidə “C-300” və “Tayfun” tipli raketlərin təkmilləşdirilməsi prosesinə cəlb edilmişdir. Sankt – Peterburq Fizika İnstitutunun, Moskvanın Kurçatov adına Nüvə Texnologiyaları İnstitutunun və Minskin Nüvə Fizikası İnstitutunun laboratoriyaları Qarabağ dağlarında işləyirlər. Bu laboratoriyaların və Ermənistanın “Metsamor” atom stansiyasının nüvə tullantıları xüsusi çəlləklərdə Qarabağın dağlıq regionunda yerləşən Almalı, Kolataq və Seyidbəyli yaşayış sahələrində basdırılmışlar. Baham adalarında yerləşmiş olan “Union Atomic Garbage Plc” adlı atom tullantılarının yerləşdirilməsi üzrə podratçı şirkəti, Qarabağ dağlarında nüvə tullantılarının basdırılması üçün xüsusi beton çalalar tikmişdir.

Azərbaycanın işğal edilmiş Cəbrayıl rayonunun təxminən yarısı İran vətəndaşlarına icarəyə verilmişdir. Nüvə tullantıları bu rayonun şərq hissəsində basdırılmışdır və 219 kvadrat kilometrlik sahə yüksək radiasiya ilə əhatə edilmişdir. Bu rayonun İrana yaxın hissəsi (93 kvadrat kilometr) on illiyə İranın sərhəd qüvvələrinə icarəyə verilmişdir.

Region üçün mövcud olan nüvə təhlükəsi, həmçinin, ermənilər tərəfindən 1993-cü ildə Azərbaycanın Kəlbəcər rayonunun işğalı zamanı nüvə döyüş başlıqlarının istifadəsinin nəticəsi kimi özünü biruzə vermişdir, və ekspertlərin rəyi belədir ki, bu zəhərlənmiş zona ən azı iyirmi beş il ərzində təmizlənə bilər (Rusiya Federasiyası Elmlər Akademiyasının Mikrobiologiya İnstitutu, “Messenger” 1997, 14 noyabr). Azərbaycan Respublikasının beynəlxalq nəzarətdən kənar olan işğal edilmiş ərazilərində nüvə silahlarının, nüvə texnologiyalarının və nüvə tullantılarının artması, Qafqazda sülhün və sabitliyin gələcəkdə yaradılması üçün ciddi maneəni və daha böyük fəlakətlərin baş verməsinin real təhlükəsini əks etdirir.”(Mənbə: http://www.azerbaijan.az/_Karabakh/_Documents/Documents/document_36_a.html)

Türkiyə Böyük Millət Məclisinin üzvü Sinan Oğan hesab edir ki, Ermənistanın Metsamor Nüvə Stansiyası Azərbaycan, Gürcüstan, İran və hətta Ermənistanın özü üçün də təhlükədir. Fikrimcə birbaşa olaraq Ermənistanın Metsamor Nüvə Stansiyasında emal edilənlərin də Qarabağın işğal olunan əazilərində basıdırlması və burda aparılan ekspimentlər təkcə Azərbaycana deyil, yaxın ərazilərə də öz mənfi təsirini göstərəcək.

Koreya Respublikasının paytaxtı Seul şəhərində Nüvə Təhlükəsizliyi Sammitində 2012-ci ilin mart ayında çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirmişdir:

“Azərbaycan Ermənistanın 1976-cı ildə fəaliyyətə başlamış və hazırda köhnəlmiş Metsamor Atom Elektrik Stansiyasından olduqca narahatdır. Metsamor stansiyası bütöv region və yaxınlıqda olan qonşular üçün potensial fəlakət mənbəyidir. O, son illərini yaşayan reaktorun soyudulması üçün zəruri olan su resurslarının çatışmadığı yüksək dərəcəli seysmik zonada yerləşir.”(Mənbə: http://www.president.az/articles/4547)

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun (RPİ) direktoru Adil Qəribov isə həyacan təbilinin çalınmasının vaxtı çatdığın qeyd edir:

“Ermənistan Metsamor AES-nin fəaliyyətinə özünün sığortası kimi baxır. İndi Ermənistanın nüvə silahı əldə etməsinə bir addım qalır. Çox təəssüf ki, Türkiyə və Azərbaycandan başqa bütün dövlətlər bu stansiyanın fəaliyyətinin davam etdirməsinə göz yumur.” (Mənbə: http://bolgexeber.com/index.php?sid=4207)

Erməni nüvə tədqiqatçılarının Çin, Rusiya, İran, Fransa alimlərilə birgə apardıqları elmi–tədqiqat məsələlərinin nəticələri isə daha ciddidir.

Azərbaycan tərəfi, şübhəsiz, bütün bunları nəzarətdə saxlamalı, ictimaiyyətə, beynəlxalq qurumlara məlumat verməlidir. MAQATE–yə gəlincə, beynəlxalq qurumun mütəxəssisləri “Ermənistanın nüvə proqramı”na biganə qalmamalıdır. Biz bunu tələb etməliyik. Çünki irəlidə bütöv bir regionun “Nüvə təhlükəsi” labüd olaraq qalır.

Zaur Əliyev

AMEA-nın əməkdaşı, Diaspor və Lobbi Elmi Araşdırmalar mərkəzinin sədri,

Siyasi fəlsəfə doktoru 

“KarabakhİNFO.com” 

 

16.12.2013 16:38

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*