Azərbaycanca

ŞOK- İnformasiya müharibəsi: Adımı sənə qoyum, səni də …

09.10.2012 | 12:36

“Ayaz Mütəllibov Xocalı haqqında həqiqəti söylədiyi üçün Azərbaycandan sürgün edilib” 

 

Eynulla Fətullayevin “Qarabağ gündəliyi” 


R. Fətəliyev“Siyasi uzaqgörənliyin olmaması Xocalı hadisəsinə gətirib çıxartdı”

 

Azərbaycanın coğrafi adlarını özündə əks etdirən erməni saytlarında Qarabağ faciələri dünyaya ermənilərin deyil, azərbaycanlılarin törətdiyi hadisə kim çatdırılır

1349116359_eynullafetullayevDünyada informasiya savaşı getdiyi bir zamanda bu sahədə internetin əvəzedilməz rolunun olduğunu görürük. Bu savaşın tam ortasında olan Azərbaycan bu virtual müharibədə özümüzdən zəif bir düşmənə hələ ki uduzuruq. Ermənilər  informasiya müharibəsində ən böyük zərbəni Azərbaycanın coğrafi, tarixi adlarına məxsus  domen adları almaqla vurublar. 1349116265_ayaz_mutellibovBelə ki, ermənilər tərəfindən 1993-cü ildən başlayaraq bu günə qədər Azərbaycanın coğrafi adlarını özündə əks etdirən onlarla domen adları alınıb. Azərbaycana məxsus bəzi coğrafi adlar ermənilər tərəfindən xaricdə .org, .com, .net və digər domenlərə əlavə edilməklə qeydiyyatdan keçirilib və həmin adlar altında yaradılan saytlarda ölkəmizə qarşı təxribatlar, informasiya müharibəsi aparılır. Belə saytlarda Azərbaycanın dövlət adamları təhqir edilir, Azərbaycan barədə bilərəkdən dəyişdirilmiş ensiklopedik məlumatlar yerləşdirilir və s. Bu saytlara daxil olan əcnəbi vətəndaş yazılanlara asanlıqla inanır. Çünki bəzi saytlarda Azərbaycanda baş verən hadisələr haqqında gündəlik məlumat verilir, tarixini, coğrafiyasını  əks etdirən bilgilər yerləşdirilib ki, buna anti-təbliğat da deyilə bilər.

Konkret olaraq, Azərbaycan, Qarabağ bölgəsi, Bakı adı ilə, Naxçıvan Muxtar Respublikası və digər bölgələrimizlə bağlı erməni saytları fəaliyyətdədir. www.sumqait.info, www.sumqait.org, www.sumqait.net, www.stepanakert.com,  www.yevlakh.com, www.yevlakh.net  www.xocali.net kimi adlar müxtəlif vaxtlarda erməni lobbisinin maliyyəsi ilə alınaraq erməniləşdirilib və Azərbaycan əleyhinə beynəlxalq miqyaslı təxribatlarda istifadə edilir.

Məsələn, ermənilərin Xocalı soyqırımı haqda yanlış məlumatlar yaymaq və ictimai rəyi çaşdırmaq üçün Azərbaycan dilində yaratdıqları Xocali.net saytına nəzər salaq. Sayt rus, ingilis, Azərbaycan, alman, fars və fransız dillərində hazırlanıb. Giriş səhifə “Xocalı: görünməmiş aldatmalar və saxtalaşdırmalar atraksionu” adlanır. Bu səhifədə Xocalı soyqırımına aid şəkillərlə yanaşı, bir müddət öncə həbsxanadan azadlığa buraxılmış jurnalist
1349116485_ramizfeteliyevEynulla Fətullayevin “Qarabağ gündəliyi” yazısından bir parça və müsahibə yerləşdirilib. Eks-prezident Ayaz Mütəllibovun və Azərbaycanın əməkdar incəsənət xadimi Ramiz Fətəliyevin müsahibəsi də yerləşdirilib. A.Mütəllibovun fotosunun üstündə “Xocalı haqqında həqiqəti söylədiyi üçün Azərbaycandan sürgün edilib” sərlövhəsi verilib. R. Fətəliyevin müsahibəsinin başlığında isə “Siyasi uzaqgörənliyin olmaması Xocalı hadisəsinə gətirib çıxartdı” sərlövhəsi yer alıb. Saytda həmçinin ermənilərin Qarabağ hadisələrini obyektiv işıqlandırdığı (?) deyilən çexiyalı jurnalist Dana Mazalova ilə də “Onların göstərdiyi Xocalı deyil” başlıqlı müsahibəsi yer alıb. Bir sözlə internet resursda Xocalı hadisələri ermənilərin deyil, azərbaycanlılarin törətdiyi hadisə kim çatdırılır.

 

Plagiatlıq – informasiya müharibəsinin tərkib hissəsi?

 

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz internetdə Azərbaycana məxsus coğrafi adların alınmasının müstəqillik illərindən sonra reallaşmağa başladığını deyir. Onun sözlərinə görə, xaricdə yaşayan erməniəsilli biznesmenlər Azərbaycanın demək olar ki, bütün regionlarının adlarını ikinci dərəcəli domen kimi qeydiyyatdan keçiriblər. Ekspertə görə, bizim ən tanınmış coğrafi terminlərin adları ilə bağlı domenlərin ələ keçirilməsi internetin inkişafı ilə bağlıdır: “Vaxtilə bizdə internetdə kifayət qədər məhdudiyyətlər vardı. Bizdə internetin qarşısını almaq üçün tədbirlər həyata keçirilən zaman, ermənilər adlarımızı almaqla məşğul idilər. Azərbaycana məxsus coğrafi adların ermənilər tərəfindən mənimsənilərək müxtəlif domenli saytlar kimi qeydiyyatdan keçirilməsi erməni plagiatlığının bir istiqamətidir. Bu cür plagiatlığın qarşısını almaq mümkünsüzdür. .az domenini ancaq Azərbaycanda almaq olar. Amma digər domenlər xaricdə sərbəst alına bilər. Hansısa bir adı kim birinci ələ keçirsə, onun olur. Coğrafi, həmçinin digər adlarla bağlı plagiatlıq təbii ki, var. Bu internetin inkişafı ilə bağlı məsələdir. Əvvəllər internet harada güclü inkişaf edibsə, internet istifadəçilərin sayı çox olubsa, məşhur adlar qeydiyyatdan keçirilib. Əslində bu, informasiya müharibəsinin bir tərkib hissəsidir”.

1349116242_xocali.net-sayti (1)O.Gündüz Azərbaycana məxsus domen adların geri qaytarılması ilə bağlı iki çıxış yolunun olduğunu bildirir: “Beynəlxalq arenalarda bununla bağlı hüquqi müstəvidə mübarizə aparmaq mümkündür. Ancaq bu yol kifayət qədər çətin və uzundur. Digər yol daha səmərəlidir. Yeni adlardan istifadə edib, yeni bir bir internet resursu yaratmaq və reklamına başlamaq lazımdır”.

 

Vikipediya köməyimizə çata bilər

 

Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun sektor müdiri İradə Ələkbərova isə hesab edir ki, internetin açıq ensiklopediyalarında ermənilərin antiazərbaycan təbliğatının qarşısını yalnız azərbaycanlı mütəxəssislərin mütəşəkkil və planlı fəaliyyəti nəticəsində almaq mümkündür: “Dünyada Azərbaycanın milli-mədəni dəyərlərinin tanınması və qorunması üçün azərbaycanlıların internet resurslarının, ilk növbədə isə vikipediya virtual ensiklopediyasının bütün layihələrinin zənginləşdirilməsində iştirakının daha kütləvi hal alması lazımdır. Bunun üçün virtual məkanda, ermənilərin böhtan və yalanlarının ifşa edilməsi, onların regionda hansı fəsadlar törətdikləri göstərilməli, inkişaf etmiş ölkələrdə erməniləri dəstəkləyən siyasi xadimlərin seçicilərinə erməniliyin mahiyyəti haqqında məlumatlar çatdırmalı, regionda iqtisadi maraqları olan dövlətlər və iqtisadi qurumlar üçün ermənilərin bu maraqlara təhlükə olması haqqında analitik yazılar hazırlanmalı və yayılmalıdır.  Azərbaycan tarixini saxtalaşdıran, Azərbaycan mədəniyyətini özününküləşdirməyə çalışan ermənilərə qarşı virtual şəkildə mübarizə aparmaq üçün ölkəmiz haqqında informasiyalar vikipediyada Azərbaycan dili ilə yanaşı, rus, ingilis, fransız, alman və digər dillərdə dərc edilməli, artıq mövcud olan düzgün informasiyalar isə qorunmalı, erməni dezinformasiyaların qarşısı alınmalıdır. Azərbaycanlılar bu gün dünyanın müxtəlif ölkələrində yaşayır. Onların sayı hazırda 50 milyonu aşmaq üzrədir. Bu elə də az rəqəm deyildir. Əgər bu 50 milyonun yarısı vikipediya ensiklopediyasına bir məqalə daxil etsə, Azərbaycanın elmi-mədəni dəyərlərinin, azərbaycanlılığın qorunub saxlanılmasında müəyyən bir iş görmüş olar”.

Xatırladaq ki, vikipediya ermənilər tərəfindən fasiləsiz olaraq Azərbaycana qarşı yeni-yeni dezinformasiyalarla doldurulur. Nəticədə çox zaman məqalələr nəinki Azərbaycanın maraqlarına, vikipediyanın əsas qaydası sayılan adi neytrallıq prinsiplərinə belə cavab vermir. Amma ötən illərlə müqayisədə vikipediyadakı bəzi məqalələri, qismən də olsa, erməni saxtalaşdırmasından “təmizləmək” mümkün olub. Lakin Vikipediyada Azərbaycana qarşı təbliğat maşını səngimək bilmir və bu səbəbdən iftira dolu məqalələr minlərlədir. Odur ki, internetə çıxışı olan hər bir azərbaycanlı ölkəmizin tarixi, mədəniyyəti, təbiəti, elmi və sair sahələr ilə bağlı, həmçinin şəhər və rayonları, böyük şəxsiyyətləri, mətbəxi, geyimləri və s. haqda vikipediyada heç olmasa 5-10 məlumat yerləşdirməyi özünün borcu hesab etməlidir.

 

Naibə Qurbanova

09.10.2012 12:36

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*