Azərbaycanca

Son günlər cəbhədə atışma hallarının sayı getdikcə artır

13.05.2015 | 10:10

trend_karabax_main_060215

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 85 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Ermənistan Respublikasının Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Bundan başqa Ermənistanın işğalı altında olan Tərtər rayonunun Göyarx, Ağdam rayonunun Şuraabad, Şirvanlı, Şıxlar, Qaraqaşlı, Mərzili, Cəvahirli, Sarıcalı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.

Düşmən cavab atəşi ilə susdurulub.

Trend.az

13.05.2015 10:10

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*