Azərbaycanca

Son günlər cəbhədə baş verən döyüşlərdə şəhid olmuş hərbçilərin medalları ailələrinə təqdim olunub

03.08.2014 | 17:15

c2e3e815b2df3600efee146fa5f6decfBu gün Sumqayıt şəhərindən həqiqi hərbi xidmətə çağrılmış və ermənilərlə döyüşdə şəhid olmuş əsgər Abdulov Hüseyn Etibar oğlu ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal ilə təltif edilib.

APA-nın xəbərinə görə, bu gün fəxri medal şəhidin atasına təqdim edilib.

Bu gün Salyan rayonundan hərbi xidmətə çağrılmış və ermənilərlə döyüşdə şəhid olmuş əsgər Səftər Məmmədovun da ölümündən sonra təltif olunduğu “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal onun ailəsinə təqdim olunub.

Medal şəhidin atası Əlihüseyn Məmmədova verilib. Şəhidin valideynləri övladı ilə fəxr etdiyini bildirib.

Şəhid olan digər hərbiçi, Quba rayonundan hərbi xidmətə çağırılmış Elnur İbrahimov da ölümündən sonra ” Həqiqi hərbi xidmətdə fərqlənməyə  görə 3-cü dərəcəli medalla” təltif edilib. Quba rayon İcra Hakimiyyətinin başçısı, rayon ictimaiyyətinin qatıldığı tədbirdə Müdafiə Nazirliyinin hüquq şöbəsinin müdiri Rauf Kişiyev medalı şəhidin atasına təqdim edib.

Qeyd edək ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə avqustun 3-də “Azərbaycan Respublikasının “Hərbi xidmətdə fərqlənməyə görə” medalı haqqında” Əsasnaməyə müvafiq olaraq, 12 hərbi qulluqçu ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə ” 3-cü dərəcəli medal ilə təltif ediliblər. Müdafiə nazirinin göstərişinə əsasən, avqustun 3-də və 4-də hərbi qulluqçuların ailələrinə medalların təqdim edilməsi ilə bağlı mərasimlər təşkil ediləcək.

***

19:00

 Son günlər cəbhədə baş verən döyüşlərdə şəhid olmuş Elçin Əhmədovun təltif olunduğu medal atasına verilib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Qax şəhərində doğulub, boya-başa çatan, avqustun 1-dən 2-ə keçən gecə cəbhənin Ağdam-Ağdərə istiqamətində ermənilərlə döyüşdə şəhid olan kiçik gizir Elçin Rasim oğlu Əhmədov ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal ilə təltif edilib. Medal Müdafiə Nazirliyinin nümayəndəsi, polkovnik Abakər Mirzəyev tərəfindən avqustun 3-də şəhidin atası Rasim Əhmədova  təqdim edilib.

İyulun 31-də qoşunların təmas xəttinin Ağdam istiqamətində düşmənin həmləsini dəf edərkən həlak olan müddətdən artıq xidmət edən Əhmədov Qaryağdı Eldar oğlunun ölümündən sonra təltif olunduğu “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli Müdafiə Nazirliyi və Respublika Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən şəhidin valideynlərinə təqdim edilib.

Xatırladaq ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənovun 3 avqust 2014-cü il tarixli əmrinə əsasən, son günlər cəbhədə baş verən döyüşlər zamanı şəhid olan 12 hərbiçimiz “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunub.

“KarabakhİNFO.com”

03.08.2014 17:15

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*