Azərbaycanca

Sorağı Amerikadan gələn Qarabağlı memar

13.03.2013 | 16:57

1363179276_yaver-rzayev01.11.1956-cı ildə Bakıda anadan olub. 1975-1980-cı illərdə M.A.Əliyev adına ADİİ-da,1985-1990-cı illərdə Moskvada ÜDKİ-da təsil alıb. “Azərbaycanfilm” kinostudiyasında bir neçə sənədli və bədii filmin rejissorudur.

   Yavər Rzaəyev kimi sənətkarların bizi ölkəmizdən kənarda belə gözəl, təqdirəlayiq  şəkildə təmsil etməsi əlbəttə ki, bizi sevindirməyə bilməz. Ermənilərdən fərqli olaraq bizim xalqımızın övladları terrorizimlə deyil, dünya xalqlarına  dəyərli əsərlər, yaradıcılıq  nümunələri təqdim etməklə məşğuldurlar. Belə yaradıcı insanların xoş sorağını eşitmək hər zaman bizlərin sevincinə səbəb olur və bir daha sübut edir ki, biz qan tökməklə deyil, qanları yaxşı mənada  cuşa gətirməklə fəxr edirik.

ABŞ-ın tanınmış  “Metropolitan” jurnalı  əslən Ağdam rayonundan olan azərbaycanlı  memar Yavər Rzayevdən yazıb. Yazının tərcümə edilmiş variantını oxucularımıza təqdim edirik.

Memar Yavər Rzayev Rehoboth Beach-də həm istirahət, həm də əyləncə üçün incəsənət, stil və komfortu özündə birləşdirən mükəmməl bir ev dizayn etmişdir.

Evə daxil olarkən ilk öncə yarım dairəvi çini döşəməli artırma və müasir dizaynlı mebel diqqəti çəkir. Bu mükəmməl evin interyeri Braziliya albalısı rəngində döşəmə, hündür tavan və qapılarla tamamlanır. Evdə ikisi birinci mərtəbədə, üçü ikinci mərtəbədə olmaqla beş yataq otağı var. Müasir əşyalar, aksessuarlar, divarların rəngi, ipəkdən hazırlanmış fabrikatlar və sənət əsərləri evin interyerinə yeni ənənəvi bir görünüş verir. Aşağı mərtəbədə bir-birinə çox uyğun şəkildə qonaq otağı, yemək otağı və mətbəx yerləşir. Qonaq otağının ən diqqət çəkən hissəsi üzərində işıqlı oniks lövhə olan unikal buxarıdır və bu buxarının digər tərəfində isə şəlalə yerləşir. Evin bu hissəsi Yavərin özü tərəfindən Azərbaycan, Türkiyə və İrandan gətirilmiş dekorativ stullar, müasir divanlar və əl işi olan  xalçalarla bəzədilmişdir. İt formasında lampalar və delfinlərlə üzən qadını xatırladan bürünc ayaqlı  şüşə masa evin gözəl dekorunu tamamlayır.

Hamam otağındakı Hindistandan gətirilmiş ekzotik oniks işıqlandırılaraq əl üz yuyan kimi istifadə edilir. Yosun rəngli divar kağızı otağa xoş təəssürat yaradan bir görünüş verir və güzgülü divar krana havada üzürmüş kimi təsir bağışlayır.

Mətbəx qonaq otağına bitişik olmasa belə, Yavərin burada qonaqlar üçün içkilər hazırlayaraq onlarla söhbət edə bilməsinə imkan verən mədəni istirahət yarada biləcək guşə sayılır. Mətbəxdən iki qapı paslanmaz simli sürahı və çardaxlı travertinə verandaya açılır. Verandanın meşəliyə və gölə baxan mənzərəsi buranı istirahət üçün və ya fəsillərin dəyişilməsini müşahidə etmək üçün əvəzolunmaz məkana çevirir.

Yuxarı mərtəbəyə qalxanda ilk diqqəti çəkən pilləkəndəki dəmir işləmələri olan şamdan, divar boyu 3 pəncərə və Yavərin özü tərəfindən çəkilmiş “Beş” adlı sənət əsəridir. Əslən Azərbaycandan olan Yavər təkcə yaxşı memar deyil, eyni zamanda əsərləri Azərbaycan, Almaniya, Çexiya, Meksika və ABŞ-da şəxsi kolleksiyalarda saxlanılan bir rəssamdır.

Evdəki bütün otaqlar eleqant, ekzotik görünüşü ilə göz oxşayır. Böyük vanna otağındakı iki nəfərlik yarim dairəvi cakuzi vanna otağının fərlqi görünüşünü tamamlayır.

Evdə böyük ölçülü güzgü, divar boyu olan pəncərələr, əyləncə zamanı nəzərdə tutulmuş səs sistemi mövcuddur.

“Mən dizayn işlərinə başlayanda Vaşington şəhərində işləyir və yaşayırdım və bu zaman Rehoboth Beach adlı bu ərazini kəşf etdim,- deyə Yavər bildirir, – bu zamanlar işlə bağlı həftədə üç və ya dörd dəfə bura gedib gəlmək məni narahat edirdi və buna görə də bir qərar verdim. Ya böyük gözəl şəhər və ya sahildə yerləşən kiçik, füsunkar qəsəbə. Mən ikincini seçdim. Bu kiçik şəhər böyük restoranları, barları ilə həm də metropolitan xüsusiyyətinə sahibdir.  Bura Mayamidən, Kaliforniyadan, Çikaqodan insanlar gəlir. Ev axtararkən dəniz kənarına və əsas küçəyə ayaqla 5 dəqiqəlik məsafədə yerləşən, parkı, arxada gölü olan bu evi tapdığıma çox sevinmişdim. Mən bu evi alan zaman bura kiçik otaqları olan qaranlıq bir ev idi. Buna görə də, evi tamamilə dəyişmək qərarına gəldim və bu gördüyünüz evi dizayn etdim.”

 

 

KarabakhİNFO.com

13.03.2013 16:57

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*