Azərbaycanca

SOS!!! Atom Elektirik Stansiyası təhlükəli vəziyyətdədir!

11.01.2014 | 16:21

1389442188_dddddddddddddddddddddNüvə terrorçuluğu terrorizmin üsullarından biri və ən təhlükəlisidir. Bu gün Azərbaycan torpaqlarını işğal edən Ermənistan Dağlıq Qarabağ ərazisi ilə yanaşı Azərbaycan və Türkiyə sərhəd bölgələri üçün ciddi nüvə təhlükəsi yaratmışdır. Ermənistanın malik olduğu “Metsamor” Atom Elektrik Stansiyasının (AES) region üçün böyük təhlükə mənbəyi olduğuna dair bu vaxta qədər kifayət qədər açıqlama verilib. Lakin bütün bunlara və edilən xəbərdarlıqlara rəğmən, Ermənistan hələ də bu təhlükəli stansiyanın fəaliyyətini davam etdirir.

Ermənistanın “Metsamor” AES də bütövlükdə regionun ekologiyasını zəhərləyən infrastruktur kimi qiymətləndirilmişdir. Məlumat üçün qeyd etmək lazımdır ki, hazırda dünyada beş növ atom reaktorundan istifadə edilir. Lakin Ermənistanın Metsamor Atom Elektrik Stansiyasında fəaliyyət göstərən sulu qrafitli, kanallı reaktor təhlükəsizlik baxımından xeyli geri qaldığı üçün həmin beşliyə daxil edilmir.

AES-də 316 Mv gücündə olan ikinci blok işləyir. Həmin blokun həm havaya buraxdığı, həm də su soyutma sistemində olan tullantıları hava və çaylar vasitəsilə respublikamıza düşür. Digər bir tərəfdən isə respublikanın zəbt olunmuş 20 faiz ərazisi nəzarətsiz qalıb ki, ermənilər həmin ərazilərdə radionkulidlərin qəbristanlığını yaradıblar.

Beynəlxalq ekspertlər hesab edirlər ki, stansiyanın çevrəsində 5 tektonik çat var. Onlardan biri stansiyadan 34 kilometr, biri 16 kilometr, daha biri isə 500 metr məsafədədir. Bunu bilə-bilə iddia edirlər ki, həmin stansiyanın heç bir təhlükəsi yoxdur.

Bu isə bütün Qafqaz regionu ilə yanaşı İran, Türkiyə, Gürcüstan və hətta Yaxın Şərq regionu üçün ciddi təhlükə yaradır.

Gürcüstan Texniki Universitetinin nüvə məsələləri üzər mütəxəssisi Gia Arabidze isə həyacan təbilinin indi çalınmasının vaxtı olduğunu yazır: “indi həmin stansiya qonşu ölkələrə ciddi ziyan vurmasa da Yaponiyadakına bənzər bir zəlzələ region üçün çox fəlakətli ola bilər: ”Gürcüstanın Yaşıllar Partiyasının lideri Georgi Qaçeçiladze müsahibəsində deyir: “Türkiyə və Ermənistan əraziləri seysmik aktiv zonalardır və Ermənistan AES-in yerləşdiyi ərazidə güclü zəlzələnin başvermə təhlükəsi var ki, bu da fəlakətə səbəb olacaq”.SOS!!!  Atom Elektirik Stansiyası təhlükəli vəziyyətdədir!

Əgər xırda bir sızma baş versə, regionda insanların ciddi xəstəliklərə məruz qalması təhlükəsi olacağın yazan beynəlxalq ekspertlər genetik dəyişikliklərin baş verməsinin dünyanın ekoloji tarazlığın pozacağın ehtimal edirlər.

Ekspertlər isə hesab edirlər ki, ən yaxşı çıxış yolu “Metsamor”AES –nin bağlanmasıdır. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov isə bildirib ki, dünyada öz ömrünü başa vuran 15-dək AES var. Ermənistanda yerləşən “Metsamor” AES də bunlardan biridir: “Buna görə də ömrü başa çatmış stansiya hər hansı təbii kataklizmlər zamanı buna müqavimət göstərə bilməyəcək. Heç kim bizi sığortalamayıb ki, 9 ballıq zəlzələ olarsa, “Metsamor” AES-də heç bir hadisə baş verməyəcək».

Lakin “Metsamor” AES – nin yaratdığı təhlükə təkcə onun köhnə olması və hər an qəzalı vəziyyətlə üzləşəcəyi ilə məhdudlaşmır. Məsələnin daha bir narahatlıq yaradan tərəfi “Metsamor”dan radioaktiv maddələr qaçaqmalçılığıdır. Bu cür radioaktiv maddələrdən isə nüvə silahının hazırlanmasında istifadə olunur. Xatırladaq ki, artıq radioaktiv maddələr daşıyan ermənilərin yaxalanması faktları mövcuddur və onların belə maddələri məhz «Metsamor» AES-dən əldə etdikləri də danılmazdır.  Gürcüstanda xüsusi təyinatlı nüvə polis bölməsi tərəfindən son yeddi ildə 15 iş üzrə aparılmış araşdırma həbslərlə nəticələnib. Həbslər qaçaqmal nüvə materialları üçün böyük bazarın mövcud olduğunu və bəzən nüvə qaçaqmalçılarının radioaktiv materialları, o cümlədən, Ermənistan, Türkiyə və Abxaziyadan gizli olaraq sərhəddən keçirdiklərini aşkar edib. Nüvə qaçaqmalçılığı əleyhinə qüvvələr Soyuq Müharibə dövründən qalmış müxtəlif radioaktiv materiallar, o cümlədən nüvə silahı hazırlamaq üçün istifadə olunan uran və plutonium və “çirkli bomba” ların komponentlərindən biri olan sezium izotopu aşkar ediblər. Son dövrün ən narahatedici hadisəsi Türkiyə sərhədi yaxınlığında Batumi şəhərində həbslə nəticələnmiş polis əməliyyatı olub. Burada polislər üç kişi arasında radioaktiv material əldə edilməsi məqsədilə gedən alveri gizlincə izləyiblər.

Ermənistandan olan nüvə qaçaqmalçıları İranda da asanlıqla müştəri tapa bilirlər. Qeyd edək ki, Azərbaycanın Ermənistanın işğalı altında olan əraziləri çoxdandır beynəlxalq qaçaqmalçılıq marşrutlarından birinə çevrilib. Bu ərazilərdən əsas beynəlxalq narkotrafik marşrutlarından biri keçir. Lakin tamamilə mümkündür ki, həmin ərazilər üzərindən İrana zənginləşdirilmiş uran və digər nüvə materialları da keçirilsin. Çünki Azərbaycanın İranla 132 kilometrlik  sərhədi işğal edilmiş ərazilərdən keçir və nəzarətsizdir.

Azərbaycanın işğal olunan Ağdərə rayonunda Drmbondakı dağ-mədən müəssisəsindən 2 km şimalda köhnə mədəndə artıq quyular qazılır və ətrafı da betonlanır. Belə beton quyuların köhnə mədəndə qazılmasının bircə səbəbi var. Ermənistanın hakimiyyət dairələri radioaktiv tullantları burada basdırmaq istəyirlər. Bu məlumatı isə mətbuata erməni ekoloq Hayk Smbatyan verib. Onun dediyinə görə, uran-235 izotopunun parçalanması 700 milyon, uran-238 izotopunun radioaktiv bölünmə zamanı isə daha çoxdur.

Dağlıq Qarabağdakı separatçı rejimə orada basdırılacaq radioaktiv tullantıların hər kiloqramına görə cəmi $1,02 ödənəcək. Dağlıq Qarabağdakı separatçı rejim bütün bunlarla bağlı heç bir açıqlama verməsə də, Ağdərənin rayon mərkəzindən 11,6 km aralıda yerləşən və cəmi 650 nəfər sakini olan Drmbon kəndinin ətrafında hərbi postlar qoyulub. Erməni ekoloqların dediklərinə görə, Drmbona basdırılan radioaktiv tullantıların yeraltı sularla Sərsəng su anbarına axdığı da istisna olunmur.

SOS!!!  Atom Elektirik Stansiyası təhlükəli vəziyyətdədir!Rusiya İslam Komitəsinin sədri, politoloq Heydər Camal  açıqlamasında yazır: “Ermənistan SSRİ-nin “nüvə klubu” sırasına aiddir. Erməni nüvə alimləri sovet nüvə kompleksinin nüfuzlu üzvlərindən olub. Üstəgəl, sovetlər dönəmində Ermənistanın nüvə silahı vardı. Həmin silahların Ermənistandan çıxarılmasına dair hər hansı fakt yoxdur. Bildiyimə görə, Sevan gölü yaxınlığında nüvə şaxtaları bu günə kimi fəaliyyət göstərir”.

Millət vəkili Fazil Qəzənfəroğlu açıqlamasında yazır: “Bizdə məlumat var ki, Ermənistanın işğalı altında olan Azərbaycan ərazisində İran təhlükəli, bəşəriyyət üçün zərərli silah bazası quraşdırır. Bu məsələ ilə bağlı İranın Azərbaycandakı səfiri təcili Azərbaycan Xarici İşlər Nazirliyinə çağrılmalıdır. Hətta bəzi məlumatlara görə İran nüvə silahı ilə bağlı istehsal obyektlərinin bir qismini Dağlıq Qarabağda qurmaq istəyir. Bu, çox qorxulu məsələdir”.

Zaur Əliyev ,

AMEA-nın əməkdaşı,

Diaspor və Lobbi Elmi Araşdırmalar mərkəzinin sədri, 

Siyasi fəlsəfə doktoru .  

 

 “KarabakhİNFO.com”   

 

11.01.2014 16:21

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*