Azərbaycanca

SOS!!! Ermənilər abidələrimizi saxtalaşdırır

29.10.2013 | 11:10

1383052408_1150784_1425203311027375_1619607234_nMehman Nəsirov: ”Zəngilan əhalisi Araz çayı sahillərinə səpələndi”.

 

Zəngilan rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Mehman Nəsirov “KarabakhİNFO.com” e-jurnalına müsahibə verib.

 

-Mehman müəllim, Zəngilan hansı mədəniyyət nümunələri ilə tanınır?

 

-Azərbaycanın gözəl dilbər guşələrindən biri də Zəngilan rayonudur. Zəngilan rayonu ərazisinə, təbiətinə görə çox zəngin olmuşdur. Zəngilan rayonun ərazisindən Həkəri, Oxçu, Bəsitçay və Araz çayları keçirdi. Zəngilan rayonu gözəl füsunkar təbiətə malik idi. Ərazisi özünü tarixi mədəniyyət abidələri ilə də zəngin idi. XIII – XIV əsrə aid Məmmədbəyli türbəsi, səkkiz guşəli dairəvi qüllə, Əmirxanlı kəndində yerləşən Qız qalası, Koroğlu daşı adlanan abidə və bir çoxlarının adını çəkmək olar. Bundan başqa həmçinin Zəngilan rayonunda 54 klub, 7 kitabxana, 3 muzey, 4 musiqi məktəbi vardı.

 

Əldə etdiyimiz məlumatlara görə, Zəngilan rayonunda olan bir çox abidələrimiz ermənilər tərəfindən dağıdılıb, yerlə-yeksan edilmişdir.

-Zəngilanın işğalını necə xatırlayırsınız?

 

-Zəngilan rayonu 1993-cü ilin oktyabr ayından mühasirə zonasında qalmışdır. Ərazisi 707 kv.km olan Zəngilan rayonu erməni qəsbkarları tərəfindən mühasirəyə alınmışdır. Mühaisərəyə alındığı dövrdə zəngilanlı oğullar cəsarətlə döyüşmüş, torpaq uğrunda gedən döyüşlərdə 200 nəfərdən çox şəhid vermiş, lakin bir nəfər də olsun erməni əsirliyinə düşməmişdir. 1993-cü ilin oktyabr ayının 28-dən 29-na keçən gecə rayon tamamilə boşaldılmağa başladı, əhali Araz çayı sahillərinə səpələndi.

 

-Zəngilan təbiətinin özünəməxsusluğu nədədir?

 

SOS!!! Ermənilər abidələrimizi saxtalaşdırır -Zəngilan rayonunda böyük Çinar meşələri var idi. Əldə etdiyimiz məlumatlara görə, hazırda həmin çinar meşələri ermənilər tərəfindən tamamilə məhv edilib. Zəngilan rayonu ərazisində yüzlərlə yaşı olan palıd ağacları var idi. Qəsbkar ermənilər onları qıraraq məhv ediblər. Zəngilan həmçinin filiz yataqları və ümumilikdə yeraltı və yerüstü sərvətlərlə zəngindir. Əhalisi 1993-cü ildə 34-35 min nəfər idi. Hazırda isə bu rəqəm 39 min nəfərdir. Bizdə olan digər bir məlumata görə, XIII-XIV əsrə aid Məmmədbəyli türbəsi , dairəvi qüllə, Top meşəsində Top körpü, Alban türbəsi və digər abidələr dağıdılmışdır. Alban memarlıq abidəsi üzərində ermənilər xaç şəkli həkk edərək həmin abidəni öz tarixi abidələri kimi qələmə verirlər.

 

-Zəngilanlılar dövlət qayğısından razıdırlarmı?

 

-Zəngilanlılara olan diqqət və qayğısına görə dövlət başçımız cənab İlham Əliyevə öz adımdan və bütün zəngilanlılar adından dərin minnətdarlığımı bildirirəm. Bundan başqa eyni zamanda Zəngilan rayon icra hakimiyyətinin başçısı Ramiz Həsənov bütün zəngilanlılara diqqət və qayğı ilə yanaşır. Onun qayğısı danılmazdır. Azərbaycanın bütün bölgələrində yaşayan zəngilanlıların problemləri ilə yaxından maraqlanır.

2007-ci ildən etibarən mədəniyyət sahəsində 3 musiqi məktəbi, 1 kənd kitabxanası, 1 mərkəzi kitabxana, 1 klubun, mədəniyyət şöbəsinin və Zəngilan rayon tarixi diyarşünaslıq muzeyinin fəaliyyətləri bərpa olunmuşdur.

 

-Azərbaycan Zəngilanı itirməklə daha nələri itirmiş oldu?

 

– Yeraltı və yerüstü sərvətlərlə zəngin olan Zəngilan rayonunun işğal olunması ölkəmiz üçün kifayət qədər iqtisadi itkilərə gətirib çıxarmışdır. Özünün qızıl yataqları, kənd təsərrüfatının üzümçülük, heyvandarlıq sahələri ilə məşhur idi. Azərbaycan ümumilikdə 20% torpaqlarını itirməklə milyard dollarlarla iqtisadi zərərə uğrayıb.

 

 

 

Sevda Sevinc

 

“KarabakhİNFO.com”

 

29.10.2013 11:10

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*