Azərbaycanca

SOS!!! Qarabağda 2014-cü il üçün müharibə proqnozu verilir!

15.01.2014 | 15:37

1389784865_1600087_1448077675406605_1010144320_n“2014-cü il Dağlıq Qarabağ məsələsinin tənzimlənməsində hərb üstündə təhfil olunub”      Bu ilə də Dağlıq Qarabağsız qədəm qoyduq. Son aylar istisna olmaqla ötən il Dağlıq Qarabağ məsələsinin həlli baxımdan öz susqunluğu ilə yadda qaldı. Ermənistanın həmişəki kimi qeyri-konsturuktiv, beynəlxalq birliyinsə ikili standart mövqe nümayiş etdirmələri bu məsələnin həllini əngəlləyən əsas amildir. Lakin proqnozlara görə, bu il Dağlıq Qarabağ məsələsi ilə bağlı  həlledici mövqelər ortaya qoyulmalıdır. Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev bu məsələyə diqqət yönəldib. Dövlət başçısı bildirib ki, Azərbaycan Dağlıq Qarabağ məsələsinin həlli üçün konstruktiv mövqe ortaya qoyur və ümid edir ki, vasitəçilər daha fəal rol oynayacaqlar: “Ermənistan yenə də danışıqlar prosesini müxtəlif bəhanələrlə uzatmaq taktikasını seçmişdir.Əgər Ermənistan məsələnin həlli ilə bağlı konstruktiv mövqe nümayiş etdirərsə, qısa müddət ərzində razılaşmaya gəlmək mümkün olacaqdır”.   Prezident 2014-cü ildə Ermənistanın həqiqi niyyətinin tam bəlli olacağını vurğulayıb. O, Azərbaycanın heç vaxt öz tarixi torpağında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəyini deyib: “Bizim hərbi potensialımız, orduda aparılan islahatlar, yeni prinsiplər, döyüş taktikası ilə bağlı müasir yanaşmalar tamamilə başqa bir situasiyanın yaranmasına gətirib çıxarmışdır.Hərbi potensialımızı artırmaq bizim təbii hüququmuzdur. Dağlıq Qarabağ məsələsinin ədalətli, beynəlxalq normalara uyğun şəkildə həll edilməsi üçün bizim hərbi gücümüz həlledici rol oynayacaqdır”.

  “…2014-cü ildə Dağlıq Qarabağ məsələsinin həllində irəliləyiş əldə etmək olar”  

 

 

Bütün bunlardan da görünür ki, bu il problemin həlli ilə bağlı yeni ab-hava yaranacaq. Ümumiyyətlə, 2014-cü ilin Dağlıq Qarabağ məsələsinin həlli üçün nə dərəcədə həlledici ola biləcəyi maraqlıdır. Ekspertlər bu baxımdan polemik fikirlər sərgiləyirlər. Milli Məclisin vitse-spikeri, ATƏT Parlament Assambleyasında (PA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova 1389785797_1“KarabakhİNFO.com” beynəlxalq e-jurnalına bildirdi ki, ötən ilin sonunda Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə müsbət əhval-ruhiyyə var idi: “2014-cü ilin əvvəlində də fikirlərdə bu əhval-ruhiyyə öz davamını göstərir. Cənab Prezidentin son müşavirədəki  çxışında da öz əkisini tapdı ki, əgər Ermənistan konstruktiv mövqe göstərsə müəyyən razılaşma əldə etmək olar. Bu fikirləri eşitmək çox xoşdur. Amma narahatedici məqam odur ki, Ermənistan hələ də konsturuktiv mövqe sərgiləmir. Çünki Ermənistan indiyə kimi belə mövqe ortaya qoymayıb. Lakin hər halda həmsədirlər də bu müsbət əhval-ruhiyyəni bölüşürlərsə, deməli, 2014-cü ildə məsələnin həllində irəliləyiş əldə etmək olar. Əlbəttə ki, biz çox ümid etmək istərdik ki, Ermənistan əsl konsturuktiv mövqeyini bildirsin. Əks təqdirdə səylər heç bir səmərə verməyəcək”. Millət vəkilinin fikrincə, danışıqların konkret səmərə verməməsi Ermənistanın qeyri-konsturuktiv mövqeyi ilə bağldır: “Buna görə də, müəyyən dairələr tərəfindən Ermənistan cəzasız qalıb. Bu cəzasızlığı da ondan ibarətdir ki, onu konsturuktiv mövqeyə gəlməyə vadar etməyə beynəlxalq güclərin imkanı çatar. Çünki maraqlarına uyğun  olduğu təqdirdə bir çox ölkələri müəyyən məsələdə  ümumi mövqeyə gəlməyə məcbur edə bilirlər. Hesab edirəm ki, Ermənistana çox ciddi təsir imkanı olan ölkələr siyasi iradə ortaya qoysalar, onu konsturuktiv mövqeyə gətirə bilərlər. Arzu edirik ki, 2014-cü il belə bir il olsun”.

 

 

  1389785013_default     “Azərbaycan  Ermənistana bütün sahələr üzrə təzyiq etmək fikrindədir”

 

 

Millət vəkili Aydın Mirzəzadə isə düşünür ki, danışıqların necə getməsindən asılı olmayaraq, Azərbaycan  Ermənistana bütün sahələr üzrə təzyiq etmək fikrindədir: “Ümumiyyətlə, Azərbaycan üçün  Dağlıq Qarabağ münaqişəsinin həlli  həmişə bir nömrəli ümummilli məsələ olub. Azərbaycan bütün resruslarını və siyasətini bu istiqamətə yönəldir. Cənab Prezident bütün çıxışlarında Dağlıq Qarabağ məsələsinə dair Azərbaycanın mövqeyi haqda danışır”.   A.Mirzəzadə dedi ki, Azərbaycan bu məsələdə öz prinsipial mövqeyini davam etdirməkdədir: “Azərbaycan öz suveren hüquqlarına əsaslanaraq, Ermənistan ordusunu torpaqlarımızdan çıxarmağa məcbur etməyə çalışır. Aparılan taktika özünü doğruldur. Bu gün Ermənistan çox zəifləmiş şəkildədir. Azərbaycan və onun müttəfiqi Türkiyə ilə sərhədləri bağldır və bütün əlaqələri kəsilib. Bu da onun iqtisadiyyatının zəifləməsinə və nüfuzunun düşməsinə səbəb olur. Hər halda bu baxımdan seçim Ermənistanındır. Əgər danışıqlarda konsturuktiv mövqe göstərərsə və gəlcəkdə sülh olarsa, onun böhran vəziyyəti dayancaq. Sərhədlər açılarsa, Ermənistan iqtisadi dirçəliş əldə edə bilər. Əks mövqe göstərərsə, Azərbaycanın təzyiqi Ermənistan dövlətinin zəifləməsinə, o cümlədən, Azərbaycanın bütün variantlardan istifadə etməsinə gətirib çıxarda biləcək”.

 

 

  “Bu il Dağlıq Qarabağda hərbi toqquşma qaçılmazdır”

 

Siyasi İnnovasiyalar və Texnologiya Mərkəzinin sədri Mübariz 1389785304_mubariz-ehmedogluƏhmədoğlu isə Dağlıq Qarabağ məsələsiylə bağlı 2014-cü il üçün müharibə proqnozunu verir.   Onun sözlərinə görə, Prezident İlham Əliyev Kazan görüşündən sonra  Ermənistan prezidenti ilə danşıqlara razılıq vermirdi. İlin axırında isə danışıqlara razılıq verdi. Həmsədirlər də prezidentlərin görüşünə  razlıq bəyanatını elə Bakıda olarkən verdilər.  Azərbaycan Prezidenti bilərəkdən Serj Sərkisiyanla görüşə razılıq verdi. Prezident İlham Əliyev Qarabağla bağlı atdığı bütün addımlar konkret metodologiyaya söykənir. Birincisi, O, Ermənistanın danışıqlarda imitasiya imkanlarını əlindən almaq istəyir. Beynəlxalq aləmə sübut etmək istəyir ki, Azərbaycan danışıqlara hazırdır, Ermənistansa münaqişəni danışıqlarla həll etməyə hazır deyil. İkinci mahiyyət müharibəyə hazırlaşmaqdır. İndi danışıqlara başlamaqla elə bil ki, müharibəyə tərəf sonuncu addım atılır”.   2014-cü ildə Dağlıq Qarabağda hərbi toqquşmanın olacağını deyən M.Əhmədoğlunun fikrincə, lakin bunun ilin hansı vaxtı olacağı bilinmir: “Baxın, Azərbaycanın müdafiə naziri Zakir Həsənov Naxıçvanda oldu, onun müavini Nəcməddin Sadıqovsa təmas xəttində qoşunları yoxladı. Bu aralarda Türkiyə hərbiçiləri də Bakıya gəldilər. Son 10 ildə belə olmayıb ki, ilin başlanğıcında hərbi əməliyyatlar bu qədər intensivləşsin, eləcə də hərbi proseslər siyasi prosesləri üstələsin. Ermənilər özləri etiraf edirlər ki, il başlanandan Azərbaycan qoşunların təmas xəttində aktivləşib. Ona görə də, il  müharibəyə doğru gedir, başqa variant yoxdur. İlin əvvəlində həm biz tərəfdə baş verənlər, həm Ermənistan tərəfinin dedikləri,  həm də Minsk qrupundakı müəyyən dəyişikliklər göstərir ki, Dağlıq Qarabağ məsələsinin tənzimlənməsində il hərb üstündə təhfil olunub”.    Politoloq dedi ki, indi Soçi Olimpiyadası ərəfəsi olduğundan Rusiya hərbçilərlə bağlı Qafqazda çox gərgin bir vəziyyət yaradıb: “Bu ərəfədə Rusiya çalışır ki, heç bir hərbçi başın qaldırmasın. Rusiyanın belə bir vəziyyəti axıra qədər saxlamaq gücü yoxdur. Soçi Olimpiyadasından sonra Rusiya istər-istəməz təzyiq metodlarını azaltmalıdır. Azaldandan sonra da istər-istəməz hərbi aktivlik artacaq. Ona görə də bu il hərbi toqquşma qaçılmazdır”.   Mərkəz sədrinin sözlərinə görə, bu baxımdan Azərbaycanın itirməyəcəyi bəllidir: “Çünki Azərbaycanın İKT  və hərbi potensialı imkan verir ki, Ermənistanın bütün ərazisini nəzarət altına alsın. Azərbaycan kosmik dövlətə çevrilib. Azərbaycan qoşunların təmas xəttində üç ədəd görücü-ötürücü radiostaniya qurub. O, tək Ermənistandan gələn dalğaları vurmaqdan ötürü deyil, onun başqa təyinatları var… Azərbaycanın hərbi imkanları hədsiz güclüdür. Sadəcə, Azərbaycan siyasətinin təmkin keyfiyyəti var. Ermənistan beynəlxalq havadarları ilə birlikdə həm dövlətçiliyini, həm də Dağlıq Qarabağı itirir. Ermənistan Dağlıq Qarabağı sahibinə qaytarmalıdır”.

 

 

  Fuad Hüseynzadə  

 

 

“KarabakhİNFO.com”   

15.01.2014 15:37

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*