Azərbaycanca

Ştefan Füle: “Dağlıq Qarabağ münaqişəsinin həlli beynəlxalq normalara əsaslanmalıdır”

09.09.2014 | 16:11

füleAzərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün siyasi iradə nümayiş etdirərlərsə, Avropa İttifaqı bu ölkələri dəstəkləməyə hazırdır. Trend xəbər verir ki, bunu çərşənbə axşamı Bakıda Aİ-nin “Şərq tərəfdaşlığı” proqramının iştirakçısı olan ölkələrin XİN rəhbərlərinin dördüncü qeyri-rəsmi görüşündən sonra keçirilən brifinqdə Aİ-nin Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle bildirib.

 
Füle qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli beynəlxalq normalara əsaslanmalıdır.

 
Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi və Krım böhranı arasında paralel aparmaq düzgün olmazdı.

 
Avropa komissarı deyib ki, Azərbaycan Avropa İttifaqının vacib tərəfdaşıdır: “Əminəm ki, ölkə gələcəkdə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində daha böyük rol oynayacaq”.
Ş.Füle vurğulayıb ki, Azərbaycana cari səfəri çərçivəsində Avropa komissarı kimi vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüş keçirib: “Fikrimcə, gələcəkdə Azərbaycanda vətəndaş cəmiyyətinin fəaliyyəti üçün platforma daha da genişlənəcək. Azərbaycan Avropa Şurası Nazirlər Komitəsində sədrlik edir və güman edirəm ki, ölkə sədrlik çərçivəsində bu təşkilata öz töhfəsini verəcək”.

 

“KarabakhİNFO.com”

 

 

09.09.2014 16:11

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*