Azərbaycanca

“Sülhdən danışmağın mənası yoxdur” – VİDEO

09.01.2014 | 11:46

1389253355_erevan_01Artıq 20 ildən çoxdur ki, Azərbaycan və Ermənistan prezidentləri və xarici işlər nazirləri bölgənin ən uzun müddətli probleminin həlli yollarını axtarsalar da, hələ ki, heç bir müsbət nəticə əldə edilməmişdir. Belə bir təəssürat yaranır ki, elə belə də yaşamalıyıq – nə sülh, nə də müharibə. Bir sözlə, anlaşılmaz və arzuolunmaz  bir vəziyyət  yaranıb.   ATƏT-in Minsk qrupunun  üzvləri isə hər dəfə bölgəyə vaxtaşırı səfərləri ilə  öz fəaliyyətsizliklərini sübut etmişlər. Artıq bu qurum hər kəs tərəfindən nüfuzdan düşmüş bir qrup kimi tanınmaqdadır. Ona görə ki, həmsədrlərin özlərinin arasında  fikir ayrılığı var. Rusiya, Avropa Birliyi və ABŞ arasında geniş həcmli fikir ayrılıqları mövcuddur. Azərbaycan isə haqlı olaraq sözündən dönmək fikrində deyil. Belə şəraitdə həmsədrlərin  bir-biri ilə  eyni diplomatik dildə danışmaları mümkün deyil.   Baxmayaraq ki,  müharibə  müvəqqəti olaraq dayandırılıb, amma sərhəd  rayonlarda əsasən də Ermənistanda acınacaqlı şərait hələ də davam etməkdədir və hər iki  tərəfdən  itkilər haqqında məlumatlar alınır.   Bu dəfə Ermənistanın  sərhəd kəndlərindən biri olan Vazaşen  kəndinin əhalisi barədə, onların yaşayış tərzi və acınacaqlı vəziyyəti haqqında aldığım  videogörüntünü sizlərə təqdim etmək istəyirəm.   Azərbaycanla sərhəd zonada yerləşən Ermənistan hakimiyyəti tərəfindən  demək olur ki, unudulmuş və heç bir qayğı göstərilməyən ölkənin xəritəsindən  belə, adının silindiyi bildirilən Vazaşen kəndinin sakinləri öz taleyinin ümidinə buraxılmışlar. Kənd əhalisinin  giriş-çıxış  yolları çox zaman bağlı olur. Burada 1 kisə unun qiyməti  180 dollardır.   Beynəlxalq  təşkilatlara, ölkə rəhbərliyinə inamlarını itirmiş Vazaşenlilər  ağır vəziyyətdən yeganə çıxış yolunu Qarabağın Azərbaycana qaytarılmasında görürlər.    “Azadlıq” TV – nin  erməni redaksiyasının  hazırladığı videogörüntünün  qısa tərcüməsi  aşağıdakı kimidir: 

 

“KarabakhİNFO.com”

09.01.2014 11:46

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*