Suriyada yaşayan ermənilərin taleyi ilə bağlı nə deyərdiniz?
– İlk olaraq onu deyim ki, Suriyada 60-70 min erməninin yaşaması hamıya məlumdur. Ermənistan hakimiyyəti üzləşdiyi sosial-iqtisadi problemlərin öhdəsindən gələ bilmir. Suriya erməniləri yəqin ki, Avropa, Rusiya, Livan və yaxşı qarşılanacaqları İrana köçəcəklər. Müəyyən imkansız əhali isə, Ermənistana köçmə ehtimalı var. Bizim üçün əsas təhlükə mənbəyi isə, əhalinin Dağlıq Qarabağa köçürülməsi olar. Belə bir təxribatçı halın qeydə alınacağı təqdirdə, Azərbaycan tərəfi ciddi reaksiya nümayiş etdirməlidir. Bu çox vacib bir amildir.
Suriyada yaşayan ermənilər xristian və müsəlman inanclıdırlar. Xristian ermənilər isə katolik, protestant və qriqoryan məzhəblərinə bölünürlər. Müsəlman erməniləri daha çox “xemşil” və ya “amşen” adı ilə tanınırlar. Ermənilər Orta Şərqdə “Kilikiya” və “Xalkedon” kilsəsinin nəzarəti altındadırlar. Onların belə durumda olmasını İrəvandakı ermənilər heç zaman qəbul etməmişlər. İrəvan Dövlət Universitetinin Orta Şərq və ərəb ölkələri üzrə mütəxəssisi Ayk Köçəryan bildirmişdir ki, Suriyada yaşayan ermənilər ölkədə bir ildən çoxdur davam edən vətəndaş savaşının ucbatından soyqırıma məruz qalıblar. İndi ermənilərdən silahlı üsyançılar intiqam almaq üçün hər addımda onları təqib edirlər. İlyarımdır ermənilər Suriyada zirzəmilərdə yaşamaq məcburiyyətində qalıblar. İş yerləri tamamilə dağılmış vəziyyətdədir. Harada erməni vətəndaşlarına rast gəlirlərsə, üsyançılar dərhal onları öldürürlər. Erməni diaspor təşkilatları bu müddət ərzində bir dəfə də olsun öz etiraz səsini qaldırmayıb. Ölən erməni vətəndaşlarının sayı isə minlərlədir. Durum belə davam etdikcə erməni diasporu Orta Şərqdə tamamilə bütün mövqeyini itirəcəkdir.
-Nazim müllim Suriyadakı ermənilərin Ermənistana köçürülməsi ilə bağlı nə deyərdiniz?
-Suriyada yaşayan ermənilərin Dağlıq Qarabağa köçürülməsinin mənası onsuzda yoxdur. Hazırda Ermənistanda aclıq, səfalət, yoxsulluq hökm sürürsə , egər orda uzun müddət yaşayan insanlar oranı tərk edirsə, xaricdən gələn erməniləri orda məskunlaşdırmaq gülüncdür. Bunlar uzağı bir-iki aydan sonra oranı tərk edəcəklər. İşğal olunmuş Azərbaycan ərazisi olan Dağlıq Qarabağdakı ofisində Suriya ermənilərinin problemləri ilə bağlı xüsusi komitə yaradılıb. Təşkilatın toplantıda Suriya ermənilərinin Dağlıq Qarabağa köçürülməsi məsələsi müzakirə olunub. Erməni qaçqınlarının statistikası deyilib. Bu rəqəmi, Ermənistan Suriyadan qaçqın axını barədə mediadakı bəzi xəbərləri təkzib etsələr də. Ancaq “Mediamax” agentliyi, münaqişənin başlanmasından bəri Ermənistana 2500 suriyalı erməninin üz tutduğunu bildirib. Diaspora məsələləri üzrə nazirlik bu rəqəmin artacağını gözləyir. Hərçənd ki, rəsmilər Suriyadan gələn adamların əksəriyyətinin Ermənistanda daimi qalmaq fikrində olmadığını vurğulayıb. Ancaq gələnlərdən yalnız 50-60 ailə qalmaq istəyir. Bu adamlar isə nazirliyə qaçqın statusu üçün müraciət ediblər. “Mediamax” agentliyində diaspora məsələləri üzrə nazirliyin aparat başçısı Firdus Zakaryanın sözlərindən iqtibas gətirilir. İndiyədək Ermənistanda qaçqın statusu 30 suriyalı erməni ailəsinə verilib. Hətta qondarma və separatçı rejimin “baş naziri” Ara Arutunyan bildirb ki, Suriyadan olan erməni qaçqınların Dağlıq Qarabağda yerləşdirilməsi üçün lazımi şərait mövcuddur. Bu Suriyadakı ermənilərin Dağlıq Qarabağda və işğal altında olan digər torpaqlarda yerləşdirilməsi barədə Ermənistan rəhbərliyinin siyasi oyundur. Ermənistan hər baxımdan ağır vəziyyətdədir və buna görə də hər il ölkəni minlərlə adam tərk edir. Suriyadan olan erməni qaçqınların işğal altında olan ərazilərimizdə yerləşdirilməsi, vəziyyəti daha da gərginləşdirir. Belə bir addımın atılması Ermənistanın yeni bir oyunu, növbəti təxribatıdır. Hətta qaçqınları yerləşdirmək istəsələr belə, Ermənistanın buna çatacaq, kifayət qədər maliyyə imkanı yoxdur. Ermənilərin özləri Ermənistanı kütləvi şəkildə tərk etdiyi bir dönəmdə, suriyalı erməniləri işğal altındakı ərazilərimizdə yerləşdirmə cəhdləri absurd və mənasızdır”.
-Əlinizdə dəqiq faktlar varmı?
-İrəvandakı Qafqaz İnstitutunun nümayəndəsi Sergey Minasyan bildirib ki, 2012-ci ilin yanvar-may aylarında 2700 nəfər suriyalı Ermənistan vətəndaşlığını almaq üçün rəsmi şəkildə müraciət edib. 2010-2011-ci illərdə arasında Suriyadan Ermənistanda sığınacaq almaq istəyənlərin sayı 5203 nəfər olunub. Onlardan 5177 nəfər milliyyətcə ermənidir. Ermənistanın miqrasiya xidməti isə hələ də bu müraciətlərə lazımi şəkildə cavab verməyib. Rəsmi statistikaya görə isə 4 nəfər erməni qaçqınına vətəndaşlıq verilib
Türkiyədə, Ermənistanda və digər Orta Şərq ölkələrində suriyalı ermənilər “suriyanı” olaraq adlandırılırlar. Suriyanılar tarix boyu bölgədə qeyri standart siyasi proseslərə görə hərəkət etdikləri üçün daim təhdid içində yaşayıblar. Belə ki, regionda hansı siyasi güc hakimiyyətə gəlmişsə suriyanılar silahlı güc olaraq onların yanında olub. Əsəd rejiminin qəddarcadsına idarəetmə sistemində suriyanılar ən ağır işgəncə siyasətini həyata keçiriblər. Buna görə də, müxalaifət Əsəd rejiminin dayağı olan suriyanılardan daha sərt şəkildə intiqam alır.
Daha bir faktı diqqətinizə çatdırım ki, Ermənistan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktoru Ruben Safrazyan bu problemlə bağlı qeyd edib ki, son illər Suriyada ermənilər daim təhlükə şəraitində yaşamaq məcburiyyətində qalıblar. Vətəndaş savaşının nəticəsi kimi, ermənilərin bu ölkədə yaşaması artıq qeyri mümkündür. Bizlər durumun belə bir məcrada davam etrməsini göz yaşları içində müşahidə etmək məcburiyyətində qalmışıq. Bu problemi nə qədər təhlil etsək də, vəziyyətdən çıxış nöqtəsini tapa bilmirik. Çünki, “suriyanı erməni” anlayışı elə Ermənistanın özündə belə qəbul edilmir. Digər tərəfdən isə Ermənistanın Suriya ermənilərini qaçqın statusunda məskunlaşdırmaq üçün maddi imkanı yoxdur. Bu yöndə diaspor təşkilatlarına müraciətlər olunsa da, müsbət cavablar verilmədi. Talehiniz bundan da ağır olacaq, üzdəniraq qonşularımız.
Aysel Talıblı.