Azərbaycanca

Şuşa işğaldan azad ediləcək….

07.05.2013 | 15:38

 1367926072_manset  Bu gün yenə ağır bir itkinin ildönümünü qeyd etmək məcburiyyətindəyik. Şuşanın işğalının 21-ci il dönümüdür. Biz vətənimizin beləcə parça-parça itirdiyimizin il dönümlərini  qeyd edərkən digərləri bayram edir. Bir məhşur deyimlə desək “bizim küçədə nə vaxt bayram olacaq?”

   2013-cü ildə bu baxımdan hansısa dəyişiklik gözlənilirmi? Bu sualı öncə millət vəkili Sahib Alıyev cavablandırdı:

Şuşa işğaldan azad ediləcək....   Münaqişənin həllinin bu qədər uzanmasının əsl səbəbkarı erməniləri bizim torpaqlara dartıb gətirənlər, burada onlara dövlət quranlar, indi Ermənistan adlandırılan ölkəninin türksüzləşdirilməsinə göz yuman və yardım edənlərdir. Nəhayət, ötən əsrin 90-cı illərinin əvvəllərində bizim torpaqların daha 20 faizinin ermənilərin əlinə keçməsinə dəstək verən də onlardır. Amma mən bir neçə dəfə demişəm, yenə təkrarlayıram ki, paradoksal səslənsə də, münaqişənin tezliklə həlli nə qədər Azərbaycanın xeyrinədirsə, bir o qədər də Rusiyaya əl verir. Məhz o üzdən qərbdəki bəlli çevrələr də münaqişənin həllinə bir o qədər də cəhd göstərmirlər. Onlara bu regionun ən böyük dövlətinin Rusiyadan narazı olması sərfəlidir. Belə də Moskvanın region üzərində tam nəzarətindən danışmaq mümkünsüzdür, və təbii ki, onun maraqlarına cavab verən inteqrasiya layihələrinin də baş tutacağı müşkülə çevrilir. Bəli, Moskvadan baxanda Dağlıq Qarabağ münaqişəsi həm Azərbaycan, həm də Ermənistan üzərində bir təzyiq vasitəsidir. Amma əks baxış da var axı. Bizə görə isə, bu münaqişənin həll olunmaması Rusiya ilə daha sıx və səmimi əməkdaşlıq yolunda ən böyük maneədir”.

 


1367926594_elman Elman Nəsirov – Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar İnstitutunun direktoru:

 

Bəli, artıq 21 il keçib, amma, münaqişənin həlli ilə bağlı heç bir addım da irəli atılmayıb. Əgər  torpaqlar danışıqlar yolu ilə azad edilməzsə və  təbii ki, bu hərbi yolla reallaşarsa Şuşanın azad olunması əsas məsələlərdən biri olacaq. Çünki Şuşa Qarabağın mərkəzidir. Amma təəssüf ki, status-kvo vəziyyəti saxlanılır. Mən hesab edirəm ki məsələyə kompleks şəklində yanaşılacaq. Əgər torpaqların azad olunmasıyla bağlı qərar qəbul ediləcəksə, həmin qərarda prioritet məsələlərdən biri də məhz Şuşanın azad olunmasıyla bağlı olunacaq. Ermənistan bilirsiniz ki, Rusiyadan asılı bir ölkədir. Təbii ki Rusiya istəsə yəqin ki bu məsələ də öz həllini tapar. Son zamanlar Kremlə yaxın siyasətçilər insanlara bu fikri sırımağa çalışırlar ki, guya Azərbaycan “Qoşulmama hərəkatı”ından çıxarsa və öz ərazisində Rusiyanın hərbi bazalarını yerləşdirərsə bu Qarabağ məsələsinin həllinə gətirib çıxarar. Amma bunlar hamısı siyasi manipulyasiyadir.  Əslində hər kəsə bəllidir ki yetər ki Rusiya tərəfindən bir təpki göstərilsin. Əlbəttə, Moskva bunda maraqlı deyil, müəyyən siyasi dairələr buna imkan vermir və status-kvo vəziyyəti onlara daha çox əlverişlidir. Ona görə ki, həm Ermənistana həm də Azərbaycana təsir imkanları daha çox olur. Azərbaycanda heç bir xarici ölkənin hərbi bazası yoxdur. Biz “Qoşulmama hərəkatı”nın üzvüyük və müstəqil siyasət yürüdürük. Bu da kimlərisə narazı salır. Bizim yolumuz sürətli inkişaf yoludur və  regionda lider dövlətə çevrilmək istəyimiz Rusiyanın maraqlarına uyğun gəlmir”.

 

Şuşa işğaldan azad ediləcək....           Fazil Mustafa – millət vəkili:

“Şuşanın statusu artıq bir çox müzakirələrdə xatırlanmamaqdadır. Hələ digər işğal olunmuş 5 rayonun məsələsi də açıq qalmaqdadır. Mane olan isə Rusiyadır. Rusiyaya yönəlik hansı siyasət yeritmiş olsaq da, onun əsrlərdir formalaşan dövlət siyasətində dəyişiklik edə bilməyəcəyik. Odur ki, Azərbaycan xalqının daxili resurslarını hərəkətə gətirmənin yollarını düşünməliyik”.

 

Yəni müharibə qaçılmazdır?

 

Şuşa işğaldan azad ediləcək....            Digər bir millət vəkili Zahid Oruc hesab edir ki, müharibə mümkün deyil:

“Ötən dövr ərzində ölkə rəhbərliyi Qarabağ savaşını qalibiyyətlə başa vurmaq üçün hər şeyi edib və edəcək. Mənim anlamımda beynəlxalq və regional indiki gərgin vəziyyətində bundan artığına nail olmaq mümkün deyil, çünki açıq şəkildə müharibəyə cəhd etmək Saakaşvilinin taleyini yaşadacaqdır. Eyni zamanda siyasi danışıqlarla əldə edəcəyimizi silah gücünə qazanacağıq. kimi bir düşüncəylə, dünyayla savaşmaq kimi  uzun qılınclar nəzəriyyəsiylə hərəkət etsək bunun acısını yaşayacağıq. Müharibə cox ağır bir prosesdir. Onu başlamaq asandır amma, başa vurmaq mumkün olmur. Sadə bir misal deyim sizə, bu gün Azərbaycanın malik olduğu silahlar radius etibarı ilə atsan Ermənistandan da  o yana düşər. Eyni zamanda Ermənistanın da belə imkanları var. Bir də bizim neftimiz, neft kəmərləri və bazalarımız var. Bu müharibə nəticəsində nələr ola bilər, bunu nəzərə almaq lazımdır. Biz müharibəni alternativ kimi həmişə gündəmdə saxlayırıq. Bu lazımdır və danışıqlarda gücümüzü artırır. Amma bunu da bilməliyik ki, fərqli vasitələrlə addımlar atılmalıdır. Ölkəmizin tutduğu mövqedə budur. Artıq klassik müharibələr nəzəriyyəsi çox da işləmir, indi informasiya savaşları dövrüdür.  Nə qədər ki, Qarabağ məsələsində təslimçilik aktına imza qoyulmayıb o torpaqlara  qayıdış iddiamız ortalıqda olacaq. Bu günkü gerçəklikdə ölkə rəhbərliyi bütün danışıqlarda Azərbaycanın bütövlüyünü ön şərt kimi ortaya qoyur. Bizim üçün də qırmızı xətt budur.  Bu savaşın neçə nəslin ömrünü aparacağını hesablamaq mümkün deyil… Mən əlbəttdə istəməzdim bunu gələcək nəslin öhdəsinə buraxaq, onlar bizi lənətləsinlər. Amma  tarixi səhvlər buraxılıb onları düzəltmək mümkün deyil. Ona görə əlverişli zamanı gözləməkdən başqa alternativ yoxdur”.

 

Bu savaşın necə nəslin ömrünü aparacağını hesablamaq mümkün deyil…” Bunu  demək olar fikrini soruşduğum bütün politoloqlar dedi… açıq ya da üstüörtülü hamısının düşüncəsi budursa o zaman gerisini siz oxucular düşünün….

 

Ülviyyə Bəylərqızı

KarabakhİNFO.com

 

 

07.05.2013 15:38

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*